411
sularının suvarma sahələrində, aerotenklərdə, biofiltlərdə və s.-də üzvi
maddələrin biokimyəvi parçalanmasına əsaslanan (aerob bakteriyaları
vasitəsilə) kompleks tədbirlər. S.b.t. tam aparıldıqda oksidləşdirici
maddələr kənar edilir, suyun şəffaflığı artır, onun patogen bakteriyalara
yoluxması azalır və s.
SUYUN BULANIQLIĞI – sülb halında olan maddələrin suda asılı
vəziyətində olması. Çəki və həcm vahidləri ilə ifadə olunur (q/m
3
, mq/l).
çaylarda, müvəqqəti axınlarda və şırımlarda sülb axının və asılı
gətirmələrin miqdarının müəyən edilməsi üçün S.b. kəmiyətlərindən
istifadə edilir. S.b.-nın miqdarı axın sularından nümunə götürülməsi,
süzülməsi, qurudulması və çəkilməsi yolu ilə müəyyən edilir.
SUYUN CODLUĞU – suyun tərkibində kalsium
və maqnezium
duzlarının miqdarı ilə müəyyən edilən keyfiyyət göstəricisi.
Dostları ilə paylaş: