SUYUN DUZLULUĞU – suyun tərkibində olan duzların ümumi
cəmi. Venesian sisteminə (1958) əsasən təbii sular bölünür: təmiz sular
(0,5%
0
), miksoqalin və ya az duzlu (0,5-30%
0
), euqalin və ya dəniz suyu
(30-40%
0
) və hiperqalin və ya çox duzlu (40%
0
-dən artıq), Təmiz (saf)
su hövzələrinə çaylar, göllərin əksəriyyəti, euqalin su hövzəsinə –
Dünya okeanı, hiperqalin su hövzəsinə bəzi göllər və dünya okeanının
bəzi sahələri aiddir.
SUYUN EKSPERTİZASI – insanın fizioloji-gigiyena və təsərrüfat
ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan suyun dövlət standartına
uyğun keyfiyytinin təyini.
SUYUN HİPEPÇİÇƏKLƏMƏSİ – Yüksək qida maddələrinin
(normadan çox) daxil olması ilə əlaqədar suyun olduqca intensiv «çiçək-
ləməsi”». S.h. zamanı yosunların biokütləsi (əsasən göy-yaşıl
yosunların) 100 mq/l-dən artıq olur.
Dostları ilə paylaş: |