SUYUN “ÇİÇƏKLƏMƏSİ” – Təmiz su ekosistemlərinin üst bio-
horizontunda yaşıl və göy-yaşıl yosunların kütləvi inkişafı. S.”ç” bəzən
hövzələrin biogen maddələrlə çirklənməsinə səbəb olur. Bu zaman bəzi
yosunlar çürüdükdə suyu toksinlərlə zəhərləyir.
Suyun “çiçəkləməsi”nin əsas səbəbi suya düşən fosforlu və azotlu
birləşmələrdir. Bu maddələr suda olan oksigen hesabına mavi-yaşıl
yosunların inkişafına səbəb olur. Mingəçevir su anbarında son zamanlar
suyun çirklənməsinə səbəb çaylara axıdılan çirkab suları, zəhərli
maddələrin getdikcə artması və Kürdə kaskad su anbarlarının
yaradılmasıdır.
Suyun «çiçəkləməsi”» bütün canlılar, o cümlədən balıqlar üçün çox
təhlükəlidir.
Dostları ilə paylaş: |