SUVARMA OAZİSİ (vahəsi) – səhra və yarımsəhra zonasında çay,
artezian və ya qrunt suları vasitəsilə süni suvarma ilə əkinçilik aparılan
massivlərin, həmçinin onunla təmasda olan ərazinin mikroiqliminin,
torpaq-melorasiya və hidrogeoloji şəraitinin kəsgin dəyişməsi. Bax:-
Oazis.
SUVARMA REJİMİ – kənd təsərrüfatı bitkilərinin suvarma
normasını, suvarmaların sayını və müddətini təyin edir. S.r. bitkilərin
inkişaf dövrü və fazalarında onların suya olan tələbatını və torpağın su,
qida, duz və istilik rejiminin nizamlanmasına uyğun olaraq
götürülməlidir. Belə uyğunluq suvarılan torpaqların münbitliyini artırır,
kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul götürülməsinə
səbəb olur. Bitkilərin S.r. onlara lazım olan ümumi suvarma normasının
vegetasiya dövründə paylanmasını nəzərdə tutur, dövri suvarmaların
sayını, normasını və müddətini müəyyən edir.
Dostları ilə paylaş: |