SUTOPLAYICI SAHƏ, SUTOPLAYICI HÖVZƏ – yağıntı
sularını toplayıb, çay yaxud gölə axıdan və suayrıcı xətlə hüdudlanmış
sahə. Səthi və yeraltı S.s.-lər var: onların sərhədləri üst-üstə düşmür.
Çayın (gölün) hövzəsi səthi sutoplayıcı kimi qəbul edilir. S.s. səthinin
quruluşu (relyefi) suyun axmasına xeyli təsir göstərir.
SUVARMA ƏKİNÇİLİYİ – kənd təsərrüfatı bitkilərinin suvarma
şəraitində yetişdirilməsi. K.t. bitkiləri vegetasiya dövründə normal
nəmliklə təmin olunmadıqda suvarmaya ehtiyac yaranır. Quraq
rayonlarında suvarma sabit və yüksək məhsul alınmasını təmin edir.
Dostları ilə paylaş: |