SUVARMA, İRRİQASİYA – meliorasiya növlərindən biri. S.-da
məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, torpağın su,
hava, istilik rejimlərini təmin edib nizamlamaqdır. Vegetasiya dövründə
bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda S.-ya ehtiyac
yaranır. S.k.t. bitkilərinin suya olan tələbatını təmin edir, faydalı
mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy
və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və
məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır. S.
müxtəlif üsullarla (səthi S., süni yağışyağdırma, torpaqaltı S., damcılı S.
və s.) aparılır.
Dostları ilə paylaş: |