413
SUYUN (RÜTUBƏTİN) MƏHSULDAR SƏRFİ –
biosenozun
üzvi maddələrin sintezinə, bitkinin transpirasiyasına və s. sərf etdiyi
suyun miqdarı. S.m.s. biogeosenozun su rejiminin mühüm komponenti
sayılır.
SUYUN MİNERALLAŞMASI – suyun qeyri-üzvi (mineral)
maddələrlə (ion və kalloid halında) doyması; Minerallaşma dərəcəsi
adətən mq/l və ya q/l-lə (bəzən kq/l) ifadə olunur.
SUYUN SAFLIĞI – suyun işıq buraxması qabiliyyəti. Adətən Sekki
diski ilə ölçülür.
SUYUN ŞƏFFAFLIĞI – suyun işıq buraxmaq qabiliyyəti. Əsasən
suda asılı halda həll olan üzvi və qeyri-üzvi maddələrin qatılığından
asılıdır. S.ş. antropogen çirklənmə və su hövzələrinin evtroflaşması
nəticəsində kəskin aşağı düşür.
Dostları ilə paylaş: