SUKEÇİRMƏYƏN HORİZONT – yer səthindən birinci
sukeçirməyən gilli qat.
SUKKULENTLƏR (lat. succulentus - şirəli) – Ətli, şirəli yarpaqlı
(aqava, aloye və s.) və ya gövdəli (kaktus, bəzi südləyənlər) çoxillik
bitkilər: kserofitlərin xüsusi tipi. S. əsasən Şimali, Mərkəzi və Cənubi
Amerikada, Cənubi Afrikada səhra, yarımsəhra və savannalarda bitirlər.
S. işıqsevən, gecböyüyən bitkilərdir. S.-in bəzisi (kaktus, aloye) dekora-
tiv bitki, aqava isə toxuculuq sənayesi üçün xammal verən bitki kimi
becərilir. Bəzi növləri Krımda, Orta Asiya, Azərbaycan Respublikasında
introduksiya edilir.
Dostları ilə paylaş: |