QəRİb məMMƏdov mahmud xəLİlov


SU HÖVZƏSİNİN YEM RESURSU



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə880/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   876   877   878   879   880   881   882   883   ...   1096
SU HÖVZƏSİNİN YEM RESURSU – hidrobiontlar üçün qida 

vəzifəsini görən bütün orqanizmlər, onların parçalanma məhsulları  və 

digər üzvi maddələrin məcmusu. 

SU  İLƏ  TƏMİN OLUNMA – sənaye, kənd təsərrüfatı  və  məişət 

təsərrüfatlarının su ilə təmin olunma dərəcəsi. 



SU KADASTRI – respublikanın, regionun və ya hövzənin sularının 

sistemləşdirilmiş  məlumatı: bura çaylar, dənizlər, göllər, yeraltı sular, 

bataqlıqlar haqqında məlumatlar daxil edilir. 

SU QITLIĞI (DEFİSİTİ)  – Torpaqda suyun azlığı  və havada 

nəmliyin aşağı olması  nəticəsində bitki toxumalarında suyun 

çatışmaması. S.q. turqorun itməsinə  və bitkinin solmasına səbəb olur

toxumaların tam nəmlənməsindən alınan faizlərlə ifadə olunur. Ən 

yüksək su qıtlığı kserofitlərdə baş verir. 

SU MİQRANTLARI  – canlı orqanizmlərin tərkibində olan suda 

həll olan kimyəvi elementlər (kalsium, kalium, kükürd, fosfor, dəmir, 

alüminium, silisium). 

SU MÜALİCƏSİ  – sudan müalicə  və profilaktika məqsədi ilə 

istifadə edilməsi. Hələ İbn-Sina orqanizmi möhkəmləndirmək və bir sıra 

xəstəliklərin qarşısını almaq üçün S.m.-nin böyük əhəmiyyətini 

göstərmişdir. Su yüksək istilik tutumu, istilik keçiriciliyi, konveksiya və 

müxtəlif qazları, duzları həll etmək qabiliyyətinə malikdir. S.m. zamanı 

dəridə yerləşən sinir ucları  qıcıqlanır. Azərbaycan Respublikasında bir 

sıra balneoloji müəssisələr (İstisu, Turşsu, Qalaaltı, Suraxanı, Şıxburnu 

və s.) fəaliyyət göstərir. 



SU REJİMİ  – çay, göl və bataqlıqlarda vaxtaşırı su həcminin 

səviyyəsinin dəyişməsi. Sutkalıq, illik və əsrlik ritmika ilə səciyyələnir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   876   877   878   879   880   881   882   883   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin