ŞƏHƏR LANDŞAFTI – tikili, yol və parkları olan antropogen
landşaft tipi (urbanik landşaftın sinonimi).
ŞƏLALƏ – çay yatağında bərk süxurlardan əmələ gələn çıxıntı
üstündən suyun tökülməsi. Su bir neçə çıxıntıdan töküldükdə Ş.-lər
kaskadı əmələ gətirir. Yer kürəsində ən hündür Ş.-lər Anhel (1054 m,
Venesuela, Çurun çayı), Tugela (933 m, Car, Tugela çayı) və
Yosemitidir (727 m, ABŞ, Mersed çayı). Viktoriya Ş.-sinin (120 m) eni
1800m., Niaqara Ş.-sinin (51 m) eni 1100 m-dir. Azərbaycanda bir neçə
kiçik Ş. (Muçuq, Dəmiraprançay, Qəbələ), Afurca (Vəlvələçay, Quba)
var.
|