QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə918/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   914   915   916   917   918   919   920   921   ...   1096
ŞÜA XƏSTƏLİYİ  – buraxıla bilən həddən yüksək qiymətlərlə 

ionlaşdırıcı şüalanmanın orqanizmə təsirindən yaranır. 



ŞÜA ZƏDƏLƏNMƏSİ – radioaktiv şüalanma ilə hüceyrə, toxuma, 

orqan və bütövlüklə orqanizmin zədələnməsi. 



ŞÜADAN MÜHAFİZƏ  –  İonlaşdırıcı  şüalanmanın orqanizmə 

təsirini azaltmağa yönəldilmiş vasitədir. Fiziki mühafizə üçün şüaları 

yaxşı udan materiallardan (qurğuşun, beton və s.) istifadə edilir. Bu 

materiallar  şüa mənbəyi və obyekt arasında yerləşdirilir. “Açıq” 

şüalanma mənbəyi ilə  işləyənlər fərdi mühafizə vasitələrindən 

(kombinezonlar, pnevmogeyimlər, rapiratorlar, xüsusi çəkmələr, 

əlcəklər və s.) istifadə etməlidir. Kimyəvi mühafizə  məqsədi ilə, 

şüalanmadan  əvvəl orqanizmə xüsusi kimyəvi birləşmələr – 

radioprotektorlar daxil edilə bilər.  İonlaşdırıcı  şüa mənbələri ilə  iş 

aparılan müəssisələrdə dozimetrik və radiometrik nəzarət olmalıdır. 

Xroniki  şüa xəstəliyinin və digər zədələnmələrin qarşısını almaq 



 

421 


 

məqsədi ilə rentgenoloji müayinə zamanı elektron optik 

gücləndiricilərdən istifadə olunur. 

ŞÜALANDIRMA  – müxtəlif məqsədlər üçün infraqırmızı, 

ultrabənövşəyi şüalandırıcı şüalar təsirinə məruz etmək. 



ŞÜALANMA – vahid zamanda bitki və heyvan orqanizmlərin aldığı 

şüalanma dozası. Radiasiya biologiyasından dozanın cəm vahidi rentgen 

və ya rad sayılır. Məs., əgər orqanizm 1 saat ərzində 10mr (millirentgen) 

şüa alırsa 24 saat ərzində 240 mr və ya 0,240 r təşkil edir. Orqanizmin 

hər hansı dozanı qəbul etməsi müddəti böyük əhəmiyyət daşıyır. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   914   915   916   917   918   919   920   921   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin