Dəmiraparan çayda «Mıçıx» şəlaləsi
ŞİBYƏLƏR (Jichenes) – yosun və göbələk növlərinin birgə
(simbioz) yaşamasından əmələ gəlmiş xüsusi bitki qrupu. Çoxillik
bitkilərdir; komponentləri yaşıl, göy-yaşıl, az halda sarı-yaşıl və qonur
yosunlar, göbələklərdən isə kisəlilər, nadir hallarda bazidilərdir. Digər
bitkilərdən cisimlərinin simbiotik olması, yosun və göbələklərdə
olmayan, yalnız onlara məxsus maddələrin əmələ gəlməsi, çoxalması və
gec böyümələri ilə fərqlənirlər. Ş. quruluşca qazmağa bənzər,
yarpaqşəkilli və kolcuqşəkilli formalarda olur.
ŞİTİL – əkmək üçün toxumdan becərilən cavan bitkilər, əsasən,
tərəvəz, çiçək, texniki, bəzi meyvə və meşə bitkilərini becərmək üçün
istifadə olunur.
Dostları ilə paylaş: |