QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə986/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   982   983   984   985   986   987   988   989   ...   1096
TORPAĞIN EROZİYASI  – Meylli sahələrdə (yamaclarda) suyun 

torpağı  və onun ayrı-ayrı hissələrini yuması  nəticəsində torpaq örtüyü 

bütövlüyünün pozulması və dağılması. Bax. eroziya. 

TORPAĞIN ƏHƏNGLƏNMƏSİ – Turşuluğu çox olan torpaqlara 

sönməmiş əhəng CaO verərək turşuluğunu azaltmaq. 



TORPAĞIN FLORASI VƏ FAUNASI – Torpaqda yaşayan bitki, 

göbələk, külli miqdarda göy-yaşıl, yaşıl, sarı-yaşıl yosunlar məskunlaşır 

(2000 növdən artıq). Onlar həm torpağın səthində, həm də üst qatlarında 

yaşayaraq üzvi maddələri fotosintez edir, torpağı oksigenlə 

zənginləşdirir, göy-yaşıl yosunların bəzi növləri isə havadan azotu fiksə 

edir. Burada həm də çoxlu miqdarda saprofit göbələklər, bakteriya və 

aktinomisetlər inkişaf edir (xüsusilə meşə torpağında). 

Torpaq fauna ilə  də xeyli zəngindir. Burada heyvanların bir hissəsi 

kapilyar və pərdə rütubətə uyğunlaşır (protozon və nematodun çox kiçik 

növləri). Burada buğumayaqlılardan gənələr və s. də yaşayır. Bu iki 

qrup faunanın miqdarı 1 sm

3

 torpaqda minlərlədir. Torpaqda həm də 



xeyli iri onurğasızlar da – yağış soxulcanı, çoxayaqlılar, cücülərin sür-

fələri, həmçinin yereşən onurğalılar – köstəbək, kor siçan, marmot 

yaşayır. 

Torpaqdakı bütün bitkilər və heyvanlar (xüsusilə bakteriyalar, 

aktinomisetlər və yosunlar, nano-mikro və mezofauna) ekosistemin mü-

hüm hissəsi olub torpaqəmələgəlmə prosesində böyük rol oynayır. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   982   983   984   985   986   987   988   989   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin