Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 16. Bazarlarda dövlət baytarlıq nəzarəti



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix25.12.2016
ölçüsü0,67 Mb.
#3170
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
Maddə 16. Bazarlarda dövlət baytarlıq nəzarəti  

16.1. Mülkiyyət formasından asılı olmayaraq, heyvanların, heyvan mənşəli məhsulların və xammalın 

ticarəti aparılan bütün bazarlarda və digər yerlərdə dövlət baytarlıq nəzarətinin aparılması məcburidir. 

16.2. Bazarlarda dövlət baytarlıq nəzarətini dövlət baytarlıq (baytarlıq-sanitariya) ekspertizası 

laboratoriyaları həyata keçirirlər. 

16.3. Bazarlarda dövlət baytarlıq nəzarəti aşağıdakıları əhatə edir: 




16.3.1. dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq sənədlərinə uyğunluğunu 

yoxlamaq, insan sağlamlığına zərər verə bilən heyvan mənşəli məhsullara və xammala qanunla müəyyən 

edilmiş qaydada baxış keçirmək; 

16.3.2


. heyvan mənşəli məhsullardan və xammaldan qanunvericiliklə müəyyən edilmiş qaydada nümunə 

götürüb laboratoriyalarda baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirmək; 

16.3.3

. baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən 



ekskpertiza aktı təqdim etmək və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) 

üzərində nişan qoymaq; 

16.3.4. insan və heyvanların sağlamlığı üçün təhlükəli olan heyvanların, heyvan mənşəli məhsulların və 

xammalın qanunla müəyyən edilmiş qaydada götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi 

barədə qərar qəbul etmək. 

16.4. Bazarlarda məhsul sahiblərinə ticarət yeri yalnız dövlət baytarlıq-ekspertiza laboratoriyalarının 

müsbət rəyindən sonra verilə bilər. 

16.5. Ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) 

nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışı qadağandır. Bu tələblərə əməl 

olunmadığı hallarda həmin heyvan mənşəli məhsullar və xammal qanunla müəyyən edilmiş qaydada 

dövriyyədən götürülür, zərərsizləşdirilir və ya məhv edilir. 

16.6. Ticarət obyektlərinin sahibləri baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən 

məhsulların satışına görə qanunla müəyyən edilmiş qaydada şəxsən məsuliyyət daşıyırlar. 

16.7. Bazarlarda baytarlıq (baytarlıq-sanitariya) ekspertizasını yalnız öz ixtisası üzrə ən azı üç il işləmiş və 

müvafiq hazırlığı olan qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmiş baytarlıq 

mütəxəssisləri apara bilərlər. 

16.8. Baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması qaydası 

müvafiq icra hakimiyyəti orqanı

 

tərəfindən müəyyən edilir. 



16.9. Mülkiyyət formasından asılı olmayaraq, dövlət baytarlıq nəzarəti və baytarlıq (baytarlıq-sanitariya) 

ekspertizası aparmaq üçün bazarların müdiriyyəti qanunvericiliyə uyğun olaraq, baytarlıq (baytarlıq-

sanitariya) ekspertizası laboratoriyalarına baytarlıq normalarına uyğun xidməti otaqlar verməyə və 

kommunal xərcləri ödəməyə borcludurlar. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin