Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 18. Baytarlıq preparatlarının, yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarəti



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix25.12.2016
ölçüsü0,67 Mb.
#3170
1   ...   13   14   15   16   17   18   19   20   ...   34
Maddə 18. Baytarlıq preparatlarının, yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarəti  

18.1. Baytarlıq preparatları, yem və yem əlavələrinin istehsalı, idxalı, ixracı, daşınması, satışı və tətbiqi 

dövlət baytarlıq nəzarətindədir. 

18.2. Hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında 

qeydiyyatdan keçmiş baytarlıq preparatları, yem və yem əlavələri idxal və ixrac edə bilərlər. 

Qeydiyyatdan keçməmiş baytarlıq preparatları, yem və yem əlavələri Azərbaycan Respublikasına 

sərgilərdə, yarmarkalarda, konfranslarda nümayiş etdirilmək, elmi və digər məqsədlər üçün satış hüququ 

olmadan gətirilə bilər. 

18.3. Baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı və ixracı qaydaları 

müvafiq icra 

hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 

18.4

. Təbii fəlakət, güclü epizootiya təhlükəsi hallarında Azərbaycan Respublikasında qeydiyyata 



alınmayan baytarlıq preparatları, yem və yem əlavələrinin idxalına, onların istehsalçı ölkələrdə qeydiyyatı 

və istifadəsini təsdiq edən sənədlər olduqda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə icazə verilir. 

18.5. Baytarlıq preparatlarının dövlət reyestrində qeydə alınmış xarici baytarlıq preparatlarının hər bir 

yeni seriyaları (partiyaları) qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizadan keçirildikdən sonra 

baytarlıq normativlərinin tələblərinə cavab verdikləri hallarda onların tətbiqinə 

müvafiq icra hakimiyyəti 

orqanının

 müəyyən etdiyi qaydada icazə verilir. 

18.6. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, 

hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatları, yem və yem əlavələrinin baytarlıq 

normalarının tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydası 

müvafiq icra hakimiyyəti orqanı

 

tərəfdən müəyyən edilir, onların tətbiqinə 



müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən qanunvericiliklə 

müəyyən edilmiş qaydada icazə verilir və dövlət baytarlıq nəzarəti altında həyata keçirilir. 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin