Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 17. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix25.12.2016
ölçüsü0,67 Mb.
#3170
1   ...   12   13   14   15   16   17   18   19   ...   34
Maddə 17. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, 

emalı və satışına dövlət baytarlıq nəzarəti  

17.1. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və 

satışı obyektlərində baytarlıq nəzarəti məcburidir. 

17.2. Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara 

yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik 

tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan olan məhsul və xammalın 

qəbuluna, saxlanması və satışına yol verilir. 

17.3. Heyvanların kəsimi, heyvan mənşəli məhsulların və xammalın emalı müəssisələrinin müdiriyyəti 

məhsulların və xammalın normativ-texniki sənədlərə və baytarlıq normativlərinin tələblərinə 



uyğunluğunu yoxlamaq üçün baytarlıq istehsalat-nəzarət bölmələri yaratmağa, həmçinin dövlət baytarlıq 

müfəttişlərinə baytarlıq nəzarətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

nəzərdə tutulmuş qaydada lazım olan şəraiti yaratmağa borcludurlar. 

17.4. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı 

obyektlərində dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi, həmçinin heyvanların, heyvan mənşəli 

məhsulların və xammalın normativ-texniki sənədlərin və baytarlıq normativlərinin tələblərinə 

uyğunluğunun müəyyən edilməsi qaydaları 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq edilir. 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin