leykozun mieloid növü (mieloblastoz,
mieloz, mieloleykoz). Təsadüfi hallarda baş
verir və leykozlu xəstələrin 1,5-2%-ni təşkil
edir. Xəstə quş az hərəkətli, arıq, dəri ör-
tüyü və görünən selikli qişalar solğun və sa-
rımtıraq olur. Əksər hallarda mieloid ley-
kozda assit aşkarlanır. Qaraciyər partlayır,
yumurtalıq və köks-qarın boşluğu qan sağın-
tılı olur. Mieloid leykozda az təfriq olunan
promielosit, mielositlər və psevdoeozinotil-
lərin iştirakı ilə güclü proliferasiya xarakte-
rikdir. Xəstəliyin gedişi aleykemik və leyke-
mik formada ola bilər. Leykemik gedişdə
qan acıq-qırmızı rəngdə olur və zəif laxtala-
nır. Xəstəliyin iti gedi şin də eritrositlərin miq-
darı 1800-1100 min/mm³ qədər, hemoqlobin
isə 30-15%-ə qədər (Sali ilə) aşağı düşür.
Leykositlərin miqdarı isə mieloid siralı
yetişməmiş hücey rələrin hesabına 300-600
minə qədər yüksəlir. Leykemiyanın nişanə-
ləri görsə nəndən bir necə gün sonra quş
ölür.
Gözün və başqa orqanların mielosito-
ması (mieloblastoma, xloroma, mielosito-
matoz) mieloid leykozun xüsusi aleykemik
formasıdır. Z.Mladenov (1974), göstərir ki,
mielositomatoz özünü diffuz formada yayı-
lan, sümük iliyi və daxili orqanların leyke-
mik gedişli xəstəliyidir. Bəzi hallarda bu
xəstəlik sümük üstlüyündə, qabırğa, döş,
baş sümüklərində, onurğa sütunu və çanaq
sümüklərində geniş yayılır. Şiş mieolosid
və promielositlərin papulyasiyasından iba-
rətdir və yeni əmələgəlmə müxtəlif böyük-
lükdə yumşaq konsintensiyada sarımtıraq
rəngdə olur.
Dostları ilə paylaş: |