bAyTArlıq
Elmi-praktik jurnal
18
bunkulların ətrafına vururlar. Xəstələri
müalicə etdikdə xüsusi müali cədən başqa
simptomatik müalicəyə də fikir vermək
lazımdır. Xüsusilə ürək fəaliy yətini tən-
zimləyən preparatlar müntəzəm surətdə
işlədilməlidir.
Qarayara ilə mübarizə üçün qeyri-sağ-
lam məntəqələrdə Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyi tərə findən təsdiq
edilmiş “Heyvanlarda qarayara xəstəliyinə
qarşı mübarizə” təlimatına uyğun olaraq
sağlamlaşdırıcı tədbirlər aparılmalıdır. Belə
tədbirlər ilk növbədə həmin xəstəlik mən-
bələrinin ləğv edilməsinə yönəldilməlidir.
Bununla bərabər, qeyri sağlam məntəqələri
qısa müddətdə sağlamlaşdırmaq xeyli çətin
olduğu üçün həmin təsərrüfatda olan qara-
yaraya həssas heyvanları vaxtaşırı profilak-
tik peyvənd etmək lazımdır.
L.Paster ilk dəfə 1981-ci ildə, Rusiyada
isə L.S.Senkovski 1883-cü ildə qarayaraya
qarşı vaksin hazırlamışlar.
Qarayara törədicisinin kapsulsuz, zəif
virulentli ştammından 1940-cı ildə N.N.Ginz-
burq tərəfindən hazırlanmış quru və maye-
STİ
(Sanitariya
Texniki
İnstitutu)
vaksinlərin dən
istifadə
olunur.
Bu
vaksinlərlə peyvənd edildikdə heyvanların
orqanizmində qarayaraya qarşı əmələ gələn
immunitet bir ilə qədər davam edir.
1951-1952-ci illərdə S.Q.Kolesov,
Y.F.Borisoviç, N.A.Mixaylov Şuya-2 ştam-
mından QNKİ vaksini hazırlayıb təklif
etmişlər. 1961-ci ildən həmin vaksin quru
halda hazırlanmış və təsərrüfatlarda tətbiq
olunmuşdur. Hal-hazırda isə heyvanlarda
qarayara əleyhinə 55№-li ştammdan hazır-
lanmış quru və maye vaksinlərdən istifadə
edilir ki, bunun da immunitet müddəti bir
ildir.
Hazırda insanların və heyvanların qara-
yara xəstəliyinə qarşı universal “UNUVAK”
vaksini hazırlanmışdır. Bu vaksinlə ummu-
nitet 7 günə yaranır və 1,5 il davam edir.
Qeyd etmək lazımdır ki, qarayara
xəstəliyini qeyri-sağlam təsərrüfatda yalnız
peyvəndetmə ilə ləğv etmək olmaz. Müba-
rizə həmişə, hər yerdə və hərtərəfli olduqda
məqsədə nail olmaq olar. Bu məqsədlə
müntəzəm olaraq qarayaraya görə epizootik
vəziyyəti öyrənmək lazımdır. Xəstəliyə
qarşı görüləcək tədbirlərin kecikdirilməsi
külli miqdarda mal-qaranın tələf olmasına
səbəb ola bilər. Buna görə də heyvan
sahibləri və mal-qaraya baxan işçilər, hey-
van qəflətən öldükdə, onun bə dənində tez
böyüyən şişlər əmələ gəl dikdə, qanla qarı-
şıq ifrazat və ya bərk sancı olduqda dərhal
baytar işçilərinə məlumat verməlidirlər.
Yaddan çıxarmaq olmaz ki, qarayaraya
qarşı aparılan mübarizənin mü vəffəqiyyəti
xəstəliyi vaxtında müəyyənləş dirib ona düz-
gün diaqnoz qoymaq və lazımi tədbirlər
görməkdən ibarətdir.
Dostları ilə paylaş: |