1. Меркулов Г.А. Курс лотологистологической техники. Москва 1969.
2. Коровин Р.Н. Болезнь Мaрека. В.кн: Справочник по болезням сельскохоз яйст-
венных птиц. Киев, 1980.
3. Лох В.А. Адепокарцинома кур. журнал “Ветеринария” №12, 1980.
4. Петерсон Б.Е. Онкoлогия. “Медицина”. М., 1980.
bAyTArlıq
Elmi-praktik jurnal
14
Heyvanların başqa infeksiya mənbələri
ilə yanaşı, bəzən yem vasitəsilə keçən, on-
ların kütləvi tələfatına səbəb olan yoluxucu
xəstəliklərdən biri də qarayaradır.
Məşhur аlman alimi R.Kox 1876-ildə
xəstəliyin törədicisini hərtərəfli öyrənmiş,
onun təmiz kulturasını ayırmış, eksperimen-
tal olaraq heyvanları yoluxdurmağa nail ol-
muş və spor əmələ gətirmək qabi liyyətinə
malik olmasını sübut etmişdir.
Qarayara kəskin yoluxucu xəstəlik olub,
septisemiya bağırsaqların, ağ ciyərin, limfa
düyünlərinin iltihabı prosesə uğraması və
müxtəlif böyüklükdə karbonkulların əmələ
gəlməsi ilə səciyyələnir.
Bu xəstəliyə ev, vəhşi heyvanlar və in-
sanlar da həssasdır. Qarayara törədicisi ilə
sira yətlənmiş yemlərin xəstəliyin heyvan-
lar arasında baş vermə sində və onun geniş
yayılmasında əsas amillərdən biri olması
çoxdan məlumdur. Qarayara mikrobunun
sporları xarici mühitdə son dərəcə davam-
lıdır. Ona görə də onlarla yoluxmuş tor-
paq sahələrində hər il yetişən otu yeyən
heyvanlar həmin xəstəliyə tutulub kütləvi
ölümə düçar olduqlarına görə qədim za-
manlarda belə yerləri “lənətlənmiş sahə”
adlandırırdılar.
M.S.Qannuşkinin (1948) yazdığına görə
qarayara mikrobları ilə yoluxmuş torpaq
sahəsindən yığılmış taxıldan alınmış unu
yeyən inəklər qarayara xəstəliyinə tutulub
ölmüşlər. Qarayaranın yayılmasının əsas
amil lərindən biri də heyvanlara verilən süni
yemdir. Belə yemlərin tərkibi müxtəlif kom-
ponentlərdən, o cümlədən sümük, ət, qan
unundan və s. ibarətdir.
Ümumiyyətlə ABŞ-da, Danimarkada,
AFR-də, İsveçrədə, Belçikada, Hollandi-
yada, Böyük Britaniyada və s. ölkələrdə qış
aylarında heyvanlar arasında baş verən qa-
rayara epizootiyasının süni yemdən əmələ
gəlməsi qəti sübuta yetirilmişdir.
Qarayaranın dəhşətli xəstəlik olduğu in-
sanlara qədim zamanlardan məlumdur və
əsasən heyvan mənşəli yeyinti məh sul-
larından keçir.
Qədim yunan mütəffəkirlərindən olan
Homer, təbabət elminin atası sayılan
məşhur təbib Hippokrat və başqaları öz
əsərlərində qarayaraya bənzər xəstəlik haq-
qında bir çox məlumatları qeyd etmişlər.
Qarayara xəstəliyindən kütləvi ölüm halları
qaramal, qoyun və donuzlar arasında Avro-
panın demək olar ki, bütün ölkələrində qeyd
olunmuşdur.
UOT 619: 576 607.1
Dostları ilə paylaş: