bAyTArlıq
Elmi-praktik jurnal
16
yoluxma yerindən və heyvanların növündən
asılı olaraq 4 formada keçir: ildırımsürətli,
iti, yarım iti, dəri və ya karbunkulyoz (dəri
şişləri) formada.
Xəstəliyin inkubasiya dövrü 1-3 gündür.
Qoyun və keçilərdə xəstəlik olduqca sürətlə
keçir və heyvan bir neçə saat ərzində tələf
olur. Qarayaranın bu cür çox kəskin keçən
formasına ildırımsürətli forma deyilir.
Qarayaranın ildırımsürətli forması qara-
malda da tez-tez təsadüf edilir. Bu formada
heyvan ya qəflətən, heç bir klinik əlamət aş-
kar olmadan ölür. Heyvanlarda yüksək
bədən temperaturu, gözlərin qeyri-adi parıl-
tısı və qorxmuş kimi baxış əla mətlərinə
təsadüf etmək olur və selik qişaları adətən
göyərir. Qaramalda xəstəliyin kəskin forma-
sına da tez-tez təsadüf edilir. Bu formada
bədən temperaturu 41-42°-yə çatır, tənəffüs
tezləşir və çətinləşir. Göv şəmə dayanır,
suya tələbatı çoxalır. Ağız, burun selikli qi-
şası tünd-qırmızı rəngdə və göyərmiş olur.
Qaramalda xəstəliyin iti formasında da
kəskin formada təsvir olunan kliniki
əlamətlər müşahidə olunur. Bu formada
heyvan xəstəliyin 2-3-cü günü olür. Dəri və
ya karbunkulyoz formada qaramalda
bədənin müxtəlif nahiyyələ rində (boyun, çi-
yin, çənəaltı, qarın, yelin və s.) tez böyüyən
şişlər əmələ gəlir. Belə şişlər əvvəlcə isti
ağrılı olur, sonra soyuyur və ağrısız olur.
Davarlarda xəstəlik əsasən ildırım sürətli
və iti formada keçir. Bu formada bədən
temperaturu çox yüksək (42°C və yuxarı)
olur. Adətən xəstəliyin birinci əlaməti üzə
çıxdıqdan bir neçə dəqiqə, yaxud da bir-iki
saat sonra heyvan ölür.
Xəstəliyin iti formasında qoyun və ke-
çilər çox vaxt yerə yıxılır, burnunun ucu,
qulağının dərisi qızarır və heyvan qıc ha-
lında ölür. Bu formada xəstəlik 2-3 gün da-
vam edir. Qarayaranın karbunkulyoz for-
ması davarda az təsadüf edilir.
Atlarda xəstəliyin ildırımsürətli forması
çox vaxt sancı ilə başlayır. Ölümündən bir
az qabaq ağız və burnundan qanlı maye,
anusundan isə qan axır. Heyvan çox tez
ölür.
İti və yarım iti formalarda atların bədən
temperaturu 42,5°C-yə çatır. Yarım iti
forma ən cox atlarda olur.
Xəstəliyin karbunkulyoz forması qara-
malda, donuzlarda, atlarda daha çox təsadüf
edilir. Xəstəlik bu formada 8 saatdan 8 günə
qədər davam edir və ölümlə nəticələnir.
Xəstəliyin xroniki forması 2-3 ay cəkir.
Bu formaya ən çox donuzlarda rast gəlinir.
Donuzların qulaq dibi vəzilərində və
çənəaltında həmişə şişlərə təsadüf olunur.
Bəzən xəstə donuzun başı da şişir. Udlaq
nahiyyəsində əmələ gələn şiş inkişaf edərək
boyun və döş nahiyyəsinə sirayət edir.
Xəstəliyin abortiv formasında tempera-
turun qalxması, halsızlıq, süd məhsul-
darlığının azalması, iştahanın itməsi, heyva-
nın arıqlaması ilə xarakterizə olunur.
Xəstəlik 2 həftə və daha çox çəkir. Xəstə
heyvanlar bir qayda olaraq sağalırlar.
Beləliklə, kənd təsərrüfatı heyvanlarında
qarayaranın əsas kliniki əlamətləri bədən
temperaturunun yüksəlməsi, heyvanın kef-
sizliyi, tənəffüsün çətinləşməsi, əzələlərin
qıc olması, ağız, burun, göz selikli qişasının
tünd-qırmızı olması, köpmə və sancı kimi
halların müşahidə edilməsi, sidik və nəcis
ilə qan ifrazı, bə dənin müəyyən nahi-
yələrində şiş əmələ gəlməsi ilə xarakterizə
edilir.
Patoloji prosesin lokalizasiya yerindən
asılı olaraq xəstəlik dəri, ağciyər, bağırsaq,
anginoz formalara ayrılır.
Xəstəliyə dəqiq diaqnoz qoymaq üçün
epizootoloji xüsusiyyətləri, klinik əlamət-
ləri nəzərə alınmaqla əsasən bakterioloji,
seroloji, allerji, patoloji-anatomik və bioloji
üsullardan istifadə olunur. Bakterioloji üsul
17
Elmi-praktik jurnal
Dostları ilə paylaş: |