“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə28/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   24   25   26   27   28   29   30   31   ...   105
bAyTArlıq

   Elmi-praktik jurnal

22

qoyunların  isə A,  O  bivalent  vaksinlə  pey-



vənd edilməsi planlaşdırılmış və bu prinsipə 

90-cı illə rin əvvəlinə kimi əməl edilmişdir.

Azərbaycanda  müstəqilliyinin  ilk  illərində 

iqtisadi çətinliklərlə əlaqədar olaraq respub-

likada  vaksin  qıtlığı  yarandıgı  üçün 

sərhəddə, eləcə də başqa yerlərdə heyvanla-

rın  dabağa  peyvəndlənməsində  çətinlik  ya-

ranmışdır.    Sər həddə  bufer  zona  yaratmaq 

üçün vaksin köməkliyi ilə əlaqədar BEB və 

FAO,  Aİ-yə  müraciətlər  edildikdən  sonra 

yalnız İran və Türkiyə ilə sərhəd rayonlarda 

mövcud olan İBH-ın bir dəfə peyvənd edil-

məsi  üçün  humanitar  yardım  edildi.  1998-

cu ildən başlayaraq hər il vaksin verilmiş və 

bufer zona yaradılması həmin ildən etibarən 

mütamadi olaraq peyvəndləmə aparılmış və 

öz müsbət nəticəsini vermişdir .

Pespublikamızda büdcə vəsaiti hesabına 

maliyyələşdirilən xəstəliklərə qarşı tədbir lə-

rin aparılması üçün Dövlət Baytarlıq Xid mə-

tinə ayrılan vəsaitin 80 %-dən çoxu yalnız da-

baqəleyhi vaksinlərin alınmasına sərf edilir.

Çox  baha  qiymətə  əldə  edılən  daba qə-

leyhi  vaksinlərin  səmərəli  işlədilməsi,  onun 

vaxtında xəstəliyə həssas heyvanlara vurul-

ması və vaksinin keyfiyətinin aşağı düşmə-

mə sini  təmin  etmək  vacib  məsələlərdəndir. 

Bunun üçün heyvandarlığın köçəri xarakter 

daşımasını, bəzi regionlarda qoyunçuluğun, 

eləcə  də  camışçılığın  nisbətən  zəif  inkişa-

fını,  bu  növ  heyvanlarda  dabağın  kliniki 

əlamət ləri görünmədən uzun müddət virus-

daşıyıcı olmalarını nəzərə alaraq “Baytarlıq 

haqqında  Azərbaycan  Respublikasının  Qa-

nununun  tətbiq  edilməsi  barədə”  Azər bay-

can  Respublikası  Prezidentinin  22  noyabr 

2005-ci il tarixli 316 nömrəli fərmanına uy-

ğun  hazırlanmış  və  Azərbaycan  Respubli-

kası Nazirlər Kabinrtinin 07 mart 2006-cı il 

tarixli  65  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş 

“Epizootiya monitorinqinin aparılması qay-

dası”na  ciddi  riayət  edilməsi  çox  mühüm 

amildir.

Sərhəd rayonlarında və eləcə də mərkəzi 

ərazilərdə heyvanlarda immunitetin gərgin-

liyinin  vəziyyəti  ayrı-ayrı  heyvan  növündə 

seçmə  yolu  ilə,  bir  qrup  heyvanlarda  pey-

vəndləmədən  əvvəl,  eləcə  də  vaksinin  nə 

dərəcədə  effektli  olmasını  dəqiqləşdir mək 

məqsədilə peyvəndləmədən 20 gün keçdik-

dən sonra qan götürülərək yaranan immuni-

tetin vəziyyətinin öyrənilməsi və qiymətlən-

dirilməsi  məsləhət  bilinir.  Belə  olduqda 

gələcəkdə  təkrar  peyvəndləmənin  vaxtının 

seçilməsi  və  immunitet  barədə  tam  anlayış 

əldə  edilməklə  vaksinin  kortəbii  olaraq 

tətbiqinin qarşısı alınır, onun səmərəli işlən-

məsinə imkan yaranır.

Ümumidünya  Ərzaq  və  Kənd  Təsər-

rüfatı  Təşkilatı  (FAO),  Ümumdünya  Hey-

vanların  Sağlamlığı  Təşkilatı  (BEB)  ilə 

birlikdə  09-13  noyabr  2008-ci  ildə  Qərbi 

Avrasiyanın 15 dövlətinin iştrakı ilə İran İs-

lam  Respublikasının  Şiraz  şəhərində  regi-

onlarda dabağa qarşı mərhələlərlə mübarizə 

aparılması  və  2020-ci  ilə  kimi  xəstəliyin 

kliniki  olaraq  başvermə  hallarının  kökünü 

kəsmək  məqsədilə  keçirdikləri  seminarda 

xüsusi  strateji  plan  işlənib  hazırlanmışdır. 

Bu strateji konsepsiyanın həyata keçirilməsi 

məqsədilə  hər  bir  iştrakçı  dövlət  öz  milli 

maraqlarını  nəzərə  alaraq  dabağın  baş 

vermə riskinin azaldılması, habelə regional 

xidmətlərlə  birgə  informasiya  mübadiləsi 

aparılması və texniki biliklərin əldə edilmə-

sindən  ötrü  birgə  əlaqələndirici  tədbirlərin 

milli  səviyyədə  həyata  keçirilməsini  təmin 

etməlidirlər.

23  iyul  2009-cu  il  tarixdə  İtaliyanin 

Roma  şəhərində  FAO  və  BEB  tərəfindən 

dabağın ciddi nəzarətə götürülməsi məsələsi 

qarşıya  məqsəd  qoyulmuşdur.  BEB-n  baş 

eksperti Jozef Dominekin məlumatına görə 

dabaq virusunun dünya üzrə hazırkı durumu 

beynəlxalq aləmdə böyük maraq doğurur və 

onun  bütün  mərhələlərində  nəzarətdə  sax-

lanmasına ehtiyac vardır.



23

Elmi-praktik jurnal   




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin