bAyTArlıq
Elmi-praktik jurnal
8
Azərbaycan baytarlıq elminin görkəmli
nümayəndələrindən biri, uzun illər Azər-
baycan Elmi Tədqiqat Baytarlıq İnstitu-
tunun və Azərbaycan Dövlət Baytarlıq
Preparatlarına Elmi Nəzarət İnstitutunun
labo ra tor iya müdiri işləmiş, baytarlıq elm-
ləri doktoru, Azərbaycan Respublikasının
əməkdar baytar həkimi Fəxrəddin Behbud
oğlu Şirinovun bu il 80 illiyi qeyd edilir.
F.B.Şirinov 1930-cu ilin avqust ayının 15-
də Ağdam şəhərində anadan olmuşdur.
O, 1953-cü ildə Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunun baytarlıq fakül tə-
si ni fərqlənmə diplomu ilə bitirdikdən sonra
Qazax rayonlararası baytarlıq-bakterioloji
laboratoriyasının müdiri vəzifəsində ə baş-
lamışdır.
İşlədiyi müddətdə xəstəliklərə qarşı
mübarizə işində özünü bacarıqlı mü təxəssis
kimi göstərdiyinə görə 1958-ci ildə Kənd
Təsərrüfatı Nazirliyinin Baş Baytarlıq
İdarəsində baş epizootoloq vəzifəsinə təyin
edilmiş, lakin elmə olan həvəs onu təhsilini
davam etdirməyə sövq etmişdir. 1960-cı
ildə AETBİ-nin aspiranturasına daxil olmuş,
o zaman dünyada az öyrənilmiş quşların
respirator mikoplazmoz xəstəliyinə dair ge-
niş tədqiqat işləri aparmışdır. 1963-cü ildə
Moskva şəhərində keçmiş SSRİ-də ilk dəfə
olaraq bu sahədə namizədlik dissertasiyası
müdafiə etmişdir. O, 1964-1966-cı illərdə
Respublika Baytarlıq laboratoriyasında di-
rektor vəzifəsində işləmişdir. Bundan sonra
ömrünün sonunadək öz həyatını elmi işlərə
həsr edən F.B.Şirinov 1966-cı ildə quşla-
rın yoluxucu xəstəliklərini öyrənən labo-
ratoriyada baş elmi işçi, 1971-ci ildən isə
həmin laboratoriyanın müdiri kimi fəaliyyət
göstərmişdir.
2004-cü ilədək F.Şirinov həmin illərdə
ölkəyə çox böyük iqtisadi ziyan vuran
quşların çiçək xəstəliyi ilə bağlı hərtərəfli
tədqiqat işləri aparmış, bu xəstəlikdə aqar
gelində diffuz presipitasiya reaksiyasını
(DPR) işləyib hazırlamışdır.
XX əsrin 70-ci illərində quşlarin çiçək
xəstəliyinə qarşı ABŞ-dan gətirilmiş Nyu-
Cersi ştammından hazırlanan vaksinin im-
munitet müd dəti az olduğuna görə F.Şiri-
nov, yeni yerli vaksin ştammı axtarışında
olmuşdurş Bunun üçün qırqovuldan ayırdığı
virus ştammını dünyada ilk dəfə bioloji
üsulla məqsədyönlü dəyişdirərək zərərsiz və
yüksək immunogenlik qabiliy yə tinə malik
Elmimizin və peşəmizin korifeyləri
Dostları ilə paylaş: