bAyTArlıq
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İns-
titutunun sabiq laboratoriya müdiri, baytarlıq
elmləri doktoru, professor ələddin Abbas oğlu
ənnağıyev 1926-cı ildə Gəncə şəhərində ana-
dan olmuşdur. O, 1941-ci ildə orta məktəbi
bitirdikdən sonra Azərbaycan Kənd Təsərrü-
fatı İnstitutunun (indiki Azər baycan Dövlət
Aqrar Universiteti) baytarlıq fakültəsinə da-
xil olmuşdur. 1947-ci ildə institutu bitirdikdən
sonra, təyinatla Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin baytarlıq ida rəsində
baytar həkimi vəzifəsinə gön dərilmiş və
orada 1949-cu ilə kimi işləmişdir.
Ə.Ənnağıyev 1949-cu ildə Moskva şəhə-
rindəki Ümumittifaq Eksperimental Baytar-
lıq İnstitutunun aspiranturasına daxil olmuş
və orada 1952-ci ildə “Qarayara xəstəliyinin
qeyri-sağlam məntəqələrdə ləğv edilməsi”
mövzusunda dissertasiya işini müvəfəqiyyətlə
müdafiə edərək baytarlıq elmləri namizədi
alimlik dərəcəsi adı almışdır.
Aspiranturanı bitirdikdən sonra Azər-
baycan Elmi-Tədqiqat Baytarlıq İnstitutuna
göndərilmiş və ömrünün sonuna kimi burada
laboratoriya müdiri vəzifə sində çalışmışdır.
Ə.Ənnağıyev 29 dekabr 1964-cü ildə
Alma-Ata Zoobaytarlıq İnstitutunun elmi
şurasında “Qoyunların listerioz xəstəliyinə
dair materiallar” mövzusunda dissertasiya
müdafiə edərək baytarlıq elmləri doktoru
alimlik dərəcəsi adı almışdır. 6 mart 1957-ci
ildə SSRİ Ali Attestasiya komissiyası
tərəfindən ona Epizootologiya ixtisası üzrə
baş elmi işçi və 24 iyun 1967-ci ildə isə pro-
fessor dərəcəsi attestatları verilmişdir.
Ə.Ənnağıyev və akademik M.Qəniyev
“Ev heyvanlarının listerioz xəstəliyinə qarşı
vaksinin hazırlanması üsulu”na görə 15 iyun
1965-ci ildə 173891 nömrəli müəl liflik şə-
hadətnaməsi almışlar. Listeriozun “A” ştam-
mından hazırlanmış vaksin Azərbaycan və
Qazaxıstan Respublikalarının qoyunçuluq
təsərrüfatlarında geniş tətbiq edilmişdir.
Ə.Ənnağıyev, N.Şirinov, N.Rəhimova,
A.Abbasov və başqaları “Bakterial vaksin
hazırlanması üçün adyu vant”a görə 8 yanvar
1979-cu ildə 660319 nöm rəli müəl liflik
şəhadətnaməsi almışlar.
Ə.Ənnağıyev, E.Əliyev, F.Qulubəyov “Kənd
Təsərrüfatı heyvanlarının listerioz xəstəli yi-
nin diaqnostikası üçün rəngli antigen hazır-
lanması üsulu”na görə 1980-ci ildə 754859
nömrəli müəlliflik şəhadətnaməsi almışlar.
Ə.Ənnağıyev, N.Şirinov, İ.Əzimov, A. Yu-
sifov, C.Əsgərov və başqaları 9 avqust 1982-ci
ildə “Dezinfeksiya maddəsi”nə görə 980305
nöm rəli müəlliflik şəhadətnaməsi almışlar.
Azərbaycan Dövlət Nəşriyyatı tərəfin dən
1984-cü ildə Ə.A.Ənnağıyevin “Qarayara”,
1992-ci ildə isə Ə.A.Ənnağıyev və N.M.Şiri-
novun “Sanitariya Mikrobiologiyası” kitab-
ları nəşr edilmişdir. Ə.Ənnağıyev baytarlıq
elminin aktual məsələlərinə dair monoqrafiya,
kitab, kitabça və çoxlu sayda elmi mə qa lə lə rin
müəl lifi olmuşdur. Onun rəhbərliyi al tında bir
çox elmlər nami zədləri hazırlanmışdır.
Elmimizin və peşəmizin korifeyləri
Dostları ilə paylaş: |