bAyTArlıq
Elmi-praktik jurnal
6
mazlıq işləri problemlərinin həllinə həsr et-
miş və dünya miqyasında tanınmış alim ol-
muşdur. O, dəfələrlə Yaponiyaya, Çinə,
Belçikaya, Fransaya, Hindistana və başqa
ölkələrə dəvət olunmuş, bu ölkələrin selek-
siyaçı alimləri ilə sıx əməkdaşlıq etmişdir.
Keçmiş Sovet respublikalarında əv vəllər
damazlıq ipəkqurdlarının yetişdiril məsinə 4 il
vaxt sərf edildiyi halda, professor R.Hüsey-
novun işləyib hazırladığı təlimat bunu 2 ilə-
dək qısaltmış və bu təlimat bütün SSRİ-də
tətbiq edilmişdir. Bu ölkəyə milyon manat-
larla qazanc əldə etməyə imkan yaratmışdır.
Respublikamızda ipəkçiliyin sürətli in-
kişafı R.Hüseynovun apardığı böyük selek-
siya işlərinin nəticələri ilə bağlıdır. Alim se-
leksiya və damazlıq işlərini daha da
ge niş ləndirərək yüksək ipəkliliyi ilə fərq-
lənən “Azərbaycan”, yüksək məhsul darlığı
ilə seçilən “Azad”, qurd dövründə cinsiy-
yətinə görə nişanlanmış “Zərif”, istiliyə dö-
zümlü “Aran” və “Şirvan”, yük sək ipək çı-
xımına görə fərqlənən “Gəncə-1”, “Gəncə-2”,
“Gəncə-3” və s. cinsləri yaratmışdır. R.Hü-
seynov ipəkçiliyin seleksiya və damazlıq
işlərinə dair 60-dan artıq elmi əsərin
müəllifidir. Alimin bir sıra əsəri Çin, Yapo-
niya və Hindistanda nəşr olunmuşdur.
Professor R.Hüseynov 2 dəfə respublika
Ali Sovetinə deputat seçilmiş, Azər baycan
KP XX və XXII qurultaylarının nümayən-
dəsi olmuş, şəhər partiya komi təsinin üzvü,
şəhər sovetinin deputatı, “Bilik” cəmiyyəti
indiki Gəncə şəhər idarə heyətinin sədri,
futbol federasiyasının sədri, Respublika
Sülhü Müdafiə Komitə sinin üzvü kimi icti-
mai işlərdə səmərəli fəaliyyət göstərmişdir.
Görkəmli alimin rəhbərliyi altında
9 nəfər elmlər namizədi yetişmişdir.
Professor R.Hüseynovun 1941-1945-ci
illərdə Böyük Vətən müharibəsindəki
sücaəti, əməyi və elmi fəaliyyəti yüksək
qiymətləndirilmişdir. O, Lenin ordeni, “Qı-
zıl ulduz”, “Şərəf nişanı” ordenlərinə, bir
sıra medallara və Azərbaycan SSR Ali So-
vetinin fəxri fərmanlarına, SSRİ XTNS-nin
qızıl medalına, Miçurin və Paster medalla-
rına layiq görülmüşdür.