bAyTArlıq
İstedadlı ipəkçi alim və seleksiyaçı,
Azərbaycan SSR Elmlər Akademiyasının
müxbir üzvü, SSRİ Dövlət mükafatı laure-
atı, biologiya elmləri doktoru, professor
rəhim Allahverdi oğlu Hüseynov təkcə
ölkəmizdə deyil, onun hüdudlarından uzaq-
larda da yaxşı tanınmışdır. Rəhim Hüsey-
nov 1914-cü ildə qədim Gəncə şəhərində
anadan olmuşdur. O, 1936-cı ildə Azərbay-
can Kənd Təsər rüfatı İnstitutunun ipəkçilik
şöbəsini bitirdikdən sonra Tbilisi şəhərində
ipək çilik üzrə ölkənin ən sanballı elm ocağı
olan Zaqafqaziya İpəkçilik İnstitutunun as-
piranturasına daxil olmuş, 1939-cu ildə
“Tut ipəkqurdunda inbriding çoxal dılması”
mövzusunda disertasiya müdafiə edərək
biologiya elmləri namizədi alimlik dərəcəsi
almış və Azərbaycan ipəkçilik stansiyasında
elmi fəaliyyətə başlamışdır. Lakin Böyük
Vətən müharibəsinin odlu-alovlu illəri hamı
kimi bu gənc alimə də elmi yaradıcılığını
davam etdirməyə mane olmuşdur. Rəhim
Hüseynov müharibənin ilk günlərindən So-
vet ordusu sıralarında Vətəni müda fiəyə
getmiş, 2-ci Ukrayna cəbhəsində döyüşmüş,
əks-kəşfiyyatçı olmuşdur. SSRİ Kənd Tə-
sərrüfatı Nazirliyi Rəhim Hüseynovu hərbi
xidmətdən qayıtdıqdan sonra doğma kol-
lektivə, indiki İpəkçilik İnstitutuna göndər-
mişdir. R.Hüseynovun yaratdığı yük sək
məhsuldarlığı ilə seçilən “Azərbaycan” ipək
qurdu cinsi 1950-ci ildə Stalin mükafatına
layiq görülmüşdür.
R.A.Hüseynov seleksiya elminin bani-
lərindən biri, akademik H.İ.Vavilovun “Se-
leksiya insan iradəsilə nizamlanan təka-
müldür” tezisini tut ipəkqurdu üzə rində
birinci olaraq sübuta yetirmişdir. Səmərəli
elmi axtarışları və onlardan alı nan nəticələr
əsasında o, 1962-ci ildən Azərbaycan ipək-
çiliyində seleksiya və damazlıq işləri möv-
zusunda müvəffəqiy yətlə dissertasiya müdafiə
edərək, respublikamızda ipəkçilik sahəsində
ilk biologiya elmləri doktoru alimlik dərə-
cəsinə layiq görülmüş və Azərbaycan SSR
Elmlər Akademiyasının müxbir üzvü seçil-
mişdir.
R.Hüseynov bütün elmi fəaliyyətini
Azərbaycanda ipəkçiliyin seleksiyası və da-
Elmimizin və peşəmizin korifeyləri
Dostları ilə paylaş: |