11
Elmi-praktik jurnal
bAyTArlıq
Onunla quşların 80%-i xəstələnir. 6-16 ay-
lıq toyuqlar daha çox xəstələnir və xəstəlik
xroniki gedişli olur. Xəstə toyuqlarda əzgin-
lik, yuxululuq, iştahanın aşağı düşməsi,
sonradan sıxıntılı vəziyyət, arıqlama və ya
piylənmə müşahidə olunur. Qısa müddətli
ishal baş verir və tüklər çirklənir, quşun pi-
pik və saqqalı solğunlaşır və göyərir.
Bəzi toyuqların köks-qarın boşluğunda
su yığıntıları (assit) əmələ gəlir və toyuq
pinqvin kimi oturur. Belə halda xəstə toyu-
ğun qarın boşluğuna əl gəzdirəndə orada
bərk konsistensiyalı kütlənin olması aşkar
edilir. Qaraciyər qabırğalara tərəf sıxılır. To-
yuq yumurtadan kəsilir, qarın sallanır. Nor-
mal quşlarla müqayisədə yumurtlama faizi
10-15% aşağı düşür.
B.E.Puqay (1971) müəyyən etmişdir ki,
leykozla xəstə toyuqlar 2-dən 35-ə qədər
yetişməmiş yumurta atır. Bu hal bəzən 100
yumurtaya qədər çatır və quşlar 10-11 aya
qədər yumurtlamaq qabi liyyətini itirir.
Limfo leykoz leykemik və aleykemik
formada gedə bilər. Leykemik gedişdə peri-
ferik qanda limfositlərin, prolimfosit və
limfoblastların miqdarı yüksək olur. Ley-
kositlərin ümumi miqdarı periferik qanda
yüksəlib 60-100 min/mm³-ə çatır.
Müxtəlif yetişməmiş limfositlərin miq-
darı, xüsusilə limfa mayesində, sitoplazma-
sında vakuollu və azurofil dənələrin miqdarı
əhəmiyyətli dərəcədə yüksəlir. Eritrositlərin
və hemoqlobinin miqdarı isə aşağı düşür.
Dostları ilə paylaş: