Azərbaycanın yerli çil-çil toyuğu Bunların miqdarı qara və sarı toyuqlara nisbətən orta vəziyyətdədir. Azərbay-
canda müxtəlif populyasiyalı çil-çil toyuqlarına təsadüf edilir. Bəzi tipləri yumur-
talıq, digərləri isə ətlik-yumurtalıq istiqamətli toyuqlara oxşayır. Asiya mənşəli
toyuqlardan əmələ gəldiyi güman edilir. Ətlik keyfiyyəti qara və sarı toyuqlardan
nisbətən geri qalır. Tənasül və təsərrüfat yetişkənliyi 160-180 günlükdə başlayır.
Fərələr əksər hallarda 170 günlükdə yumurtlayır. Yumurta məhsuldarlığı 96-110
ədəddir. Yumurtasının çəkisi 50-54 qram olur. İnkubasiyada yumurtanın çıxım faizi
isə 78,5% olur.