Toyuqların saxlanması Ekoloji quşçuluq təsərrüfatlarında quşların saxlanmasının 3 üsulu daha geniş
yayılmışdır:
1. Sərbəst gəzinti şəraitində saxlama (ekstensiv).
• Yarımsərbəst gəzinti şəraitində saxlama.
• Dəyişilməyən qalın döşəmə üzərində saxlama
Ekoloji quşçuluqda toyuqların saxlama üsulundan asılı olmayaraq quş damları
ilə təmin edilməlidir. İşıqlanma və havalanma prosesi təmin olunmuş, normal dam
örtüyü olan hər hansı tipli tikinti quş damı məqsədi ilə istifadə oluna bilər. Quş damı
toyuqları bir sıra güclü stress faktorlarından, it və vəhşi heyvanlardan mühafizə edir.
Quş damında toyuqlara tələb olunan sahə norması aşağıdakı cədvəldə verilmişdir: