Toyuqların yarımsərbəst gəzinti şəraitində saxlanması Birinci üsula nisbətən bu üsulda toyuqların hərəkəti qismən məhdudlaşdırılır.
Lakin onların əlverişli hava şəraitində olması tam sərbəstliyi ilə təmin edilir. Eyni
zamanda hasarlanmış ərazidə quş damı tikilir. Əlverişsiz hava şəraitində toyuqlar
damda dincəlir, yemləndirilir. Gəzinti meydançasına yaxın ərazidə yaşıl ot (yonca)
əkmək və fasiləsiz olaraq quşları yemləndirmək lazımdır. Belə saxlama şəraitində
hər bir baş toyuğa gəzinti meydançasında 4 m
2
sahə ayrılır. Toyuq damında isə yem
qabları, su qabları, toyuqların yumurtlaması üçün yuvalar və oturajaq yerləri – tarlar
olmalıdır. Bu üsulun birinci üsula nisbətən bir sıra üstünlükləri vardır. Belə ki,
nisbətən az yer tələb olunur, hasar toyuqları bir sıra yoluxucu xəstəliklərdən,
müxtəlif heyvanların hücumlarından qoruyur.