Azərbaycanın yerli lüt-boyun toyuqları Azərbaycanın yerli lüt-boyun toyuqları çinədandan yuxarı-boyun nahiyəsinin
tüksüz olması, boyunun şəffaf qırmızı dəri təbəqəsilə əhatə olunması ilə xarakterizə
edilir. Bədəni horizontal vəziyyətdə, ayaqları hündür, gen duruşludur, başı nisbətən
iri, sadə pipik quruluşuna malikdir. Azərbaycanın müxtəlif rayonlarında geniş
yayılıb. Başqa yerli toyuqlara nisbətən canlı kütləsi və məhsuldarlığı yüksəkdir.
Xoruzlarının canlı kütləsi 2,3-3,0 kq, toyuqların canlı kütləsi 2,0-2,1 kq olur.
Təsərrüfat keyfiyyəti kifayətləndiricidir. Yaxşı kökəlmə qabiliyyətinə malikdir. 5-6
aylıqda yumurtlamağa başlayır, kifayət qədər tez yetişkəndir, tez tüklənir, 130-160
ədəd yumurta verir, yumurtanın çəkisi 55-70 qram olur. Ət çıxarı 71-72%, yumur-
tanın inkubasiya keyfiyyəti 76%-dir. Bir kq diri çəkiyə yem sərfi 3,2- 4,0 kq-dır.
Salamat saxlanması 93,3%-dir. Ferma və həyatyanı təsərrüfatlarda yetişdirilməsi
məqsədəuyğundur.