259
məhsullardan qəbul edilən məhsullara qədər inqredientlərin
icazə verilən
olub-olmaması yoxlanıla bilsin;
• Bütün sertifikatlaşdırılmış ekoloji məhsulların satıldığı halda, çatdırılma
tarixi, hansı növ məhsulun satılması və alıcı və ya müştərinin adı;
• Satın alınmış məhsulların, öz məhsullarının, satılmış və anbarda saxlanan
məhsulların müntəzəm üzləşməsini əks etdirən qeydiyyatlar;
• Heyvandarlıqla məşğul olan fermerlər üçün (və uyğundursa arıçılar) reyestr
formasında bütün heyvanların uçotu. Bu, təsərrüfata
daxil olan heyvanlar
haqqında hərtərəfli məlumat, yəni onların növü, mənşəyi, gətirilmə tarixi,
ekoloji statusu, əgər varsa keçid dövrü, fərqləndirmə nişanı və keçmiş
baytarlıq müalicəsi haqqında ətraflı məlumat verəcək.
Bu reyestr həmçinin
təsərrüfatı tərk edən heyvanların yaşı, kəsim üçün çəkisi, fərqləndirmə nişanı
və aparılacağı istiqamət haqqında məlumat verəcəkdir. İtirilən bütün
heyvanlar (hər hansı səbəbə olursa olsun) da həmçinin orada qeyd
edilməlidir;
• Heyvandarlıq üzrə fermerlərin hər hansı baytarlıq dərman preparatlarının
istifadəsinə dair qeydiyyatlarına isə aşağıdakılar daxildir:
1. satınalma tarıxı;
2. preparatın adı və aktiv
tərkib hissəsi, satın alınan miqdarı;
3. preparatın təchizatçısı;
4. müalicə edilmiş heyvanların fərqləndirilməsi;
5. müalicə alanların sayı;
6. diaqnoz;
7. doza;
8. müalicənin başlanma və qurtarma tarixi və həyata keçirilmə üsulu;
9. istifadə edilən preparatın ümumi miqdarı;
10. etiketin ömrünün uzunluğu və dərmanın orqanizmdən kənarlaşması üçün
qanuni müddət;
11. həmin heyvan və yaxud onun məhsulunun ən tez satış vaxtı;
12. məhsulu idarə edən şəxsin adı.
• Heyvandarlıq üzrə fermerlərə yemə aid bütün məlumatlar,
yemin növü
daxil olmaqla (yemin bütün tərkib hissələri və satın alınmış inqredientləri
daxil olmaqla), sərbəst gəzinti ərazilərinə çıxış müddəti, yemdə tərkib
hissələrinin quru maddə əsasında nisbəti və mənşəyi;
• Ekoloji təmiz məhsulların satışından əldə edilən gəlirlərin maliyyə hesabatı
və ticarət və/yaxud vergi hesabları ilə üzləşdiriləcək bütün satış qaimə-
fakturaları;
• Müştərilər və yaxud ictimaiyyətdən məhsullar,
yaxud istehsalat sistemi
haqqında edilən bütün şikayətlərin qeydiyyatı;
Qeydiyyatlar bu standartın tələblərinə cavab verə bilmək üçün kifayət qədər
anlaşıqlı olmalıdır və minimum beş il saxlanmalıdır. Tələb olunan mühasibatlıq
sistemi haqqında qısa məlumat (məs. faylların yerləşməsi, yenilənmə tezliyi).