Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə53/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   49   50   51   52   53   54   55   56   ...   431
Davamlı inkişaf 
konsepsiyası 
Ekoloji 
inkişaf 
İqtisadi 
inkişaf 
 
 
Sosial inkişaf  


 
50
sahədə hökm sürən nəzarətsizlik torpaqlarımızın təkrar  şorlaşmasına səbəb 
olmaqla yanaşı ölkədə  ərzaq təhlükəsizliyi proqramının yerinə yetirilməsinə 
böyük mane yaradaraq iqtisadiyyatımıza milyon manatlarla ziyan vurmuşdur. 
Əgər belə bir faktı nəzərə alsaq ki, 1 ha şorlaşmış torpaq sahəsini özünün əvvəlki 
münbit vəziyyətinə qaytarmaq üçün 1 milyon dollar vəsait tələb  olunur,  onda      
ölkəmizdə şoran torpaqların meliorasiyası üçün milyard manatlarla vəsaitin tələb 
olunduğunu görərik. 
 
Buna baxmayaraq bu gün də vəziyyət gərgin olmaqla davam edir. Ölkədə 
mövcud olan təsərrüfatlararası  və  təsərrüfatlardaxili kanalların yalnız 4.1%-i 
örtüklənmişdir, yəni mövcud kanalların 95%-dən çoxu səth örtüyü olmadığından 
bu kanallarda hər il 2.5-3.5 mlrd. m

su itkisi baş verir. Əgər bu itkini 50% 
azaltmaq olarsa, bu da suvarılan sahələrin həcmini 150-200 min ha artırmağa 
yetərli olan bir faktdır. 
 Uzun 
illər ölkəmizin təsərrüfatlarında (keçmiş kolxoz və sovxozlarda) kənd 
təsərrüfatı bitkilərinin zərərvericilərinə  və  xəstəliklərinə qarşı mübarizə üçün 
milyon tonlarla kimyəvi preparatlardan və gübrələrdən (pestisidlər və herbisidlər 
və s.) istifadə olunmuşdur. 
 
Bu illərdə həmin məqsədlə tətbiq olunan kimyəvi maddələrin miqdarı tələb 
olunan normadan 10-15 dəfə, bəzən isə daha çox olmuşdur. Bu səbəbdən ölkə 
ərazisinin 13-15%-i bu maddələrlə çirkləndirilmişdir. Hələ indi də respublikanın 
pambıqçılıq və üzümçülük rayonlarında 1 ha torpaq sahəsində mövcud olan qalıq 
toksiki maddələrin miqdarı 30-180 kq arasında dəyişməklə beynəlxalq 
normativlərlə icazə verilən həddən 50-60 dəfə yüksəkdir. 
 
Son 30-40 il ərzində dağ mədən işlərinin tullantıları, neft məhsulları tikinti-
inşaat tullantıları vasitəsilə ölkədə 30 min ha-dan çox torpaq sahəsi çirklənmişdir. 
Bu torpaqların inventarizasiyası 1986-cı ildə çox səthi aparılmasına baxmayaraq 
həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də Respublika Nazirlər Kabineti 
tərəfindən hələ  də ölkədə müxtəlif səbəblərdən çirklənmiş torpaqların dəqiq 
inventarizasiyası və onların rekultivasiyası istiqamətində aparılan işlər ləng gedir. 
 
Azərbaycan üçün xarakterik olan və çox qorxulu proseslərdən biri də 
səhralaşma prosesidir. Bu gün bu proses Azərbaycanda çox intensiv və özünə 
məxsus xüsusiyyətlərlə baş verir. Bunun əsas səbəblərindən birisi ölkə ərazisinin 
60%-ə  qədərini arid iqlim şəraitinə  mənsub olmasıdır.  Ərazimizin 40%-də 
quraqlıq  əmsalı  səhralarla analoji xarakter daşıyır. Quraqlığın il boyu üstünlük 
təşkil etməsi əhalimizin təxminən 4.5 mln. nəfəri yaşayan arid zonada torpaqların 
deqradasiyasına və nəhayət, səhralaşmaya səbəb olur.  
 Arid 
ərazinin yüksək dağ silsilələri ilə sərhədlənməsi yarımsəhra, quraqlıq-
çöl və kserofit-kol formalarının yaranmasına şərait yaradır. Digər tərəfdən insanın 
intensiv təsərrüfat fəaliyyəti, landşafta düşən “yükün ağırlığı” arid və semiarid 
zonalarda təbii komplekslərinin təbii strukturunun pozulmasına səbəb olaraq 
antropogen landşaftın formalaşmasını sürətləndirmişdir. 
 
Nəticədə ekzogen geoloji proseslər güclənmiş, geokomplekslərin biopo-
tensialı zəifləmiş və bu səbəbdən də səhralanma prosesi sürətlənmişdir. 
 Respublikamızın ərazisi geomorfoloji baxımından düzənlik (dəniz səviyyə-
sindən aşağı və yüksəkliyi 200 m-ə qədər olan ərazi) , dağətəyi (200 m-dən 500 


 
51
m- ə qədər yüksəkliyi olan), dağlıq (500 m-dən 2000 m-ə qədər yüksəkliyi olan) 
və yüksək dağlıq (yüksəkliyi 2000 m-dən çox olan ərazi) zonalara bölünür. 
Düzənliyin ümumi sahəsi 3690 min ha olmaqla ərazinin 42.7% -ni təşkil edir. 
Dağətəyi zonanın ərazisi 2099.9 min ha olub ərazinin 24.3%-ni, dağlıq və yüksək 
dağlıq  ərazinin sahəsi isə 2851.8 min ha olub ərazinin 32.5%-ni təşkil edir. 
Ərazinin 46.8%-nin mailliyi 1°-dən aşağı olmaqla bura Kür-Araz düzənliyinin 
əsas hissəsi daxildir. Ərazimizin 14.6%-nin mailliyi 1-3°, 9.3%-nin mailliyi isə 3-
5°təşkil edir. Yüksək dağlıq hissə  əsasən çox dik yamaclara malik olmaqla, 
ərazinin 4.3%-nin mailliyi  20°-dən çoxdur. Elə bu səbəbdən sıldırımlı dağ 
yamaclarında egzogen geoloji proseslər, o cümlədən Yerin üst qatının və torpağın 
deqradasiyası çox intensiv baş verir.  
Azərbaycanın coğrafi yerləşməsi və çox mürəkkəb relyef şəraiti atmosfer 
prosesləri ilə qarşılıqlı  əlaqədə  ərazidə öz xüsusiyyətləri ilə  fərqlənən müxtəlif 
relyef tiplərinin formalaşmasına səbəb olmuşdur. Düzənlik ərazilərdə yay bürkülü 
və quraq olmaqla qış soyuq və rütubətli keçir, amma bu proses vaxtaşırı yazın 
soyuq və isti hava axınları ilə müşayiət olunur. Dağlarda çox pilləli yüksəklik 
sistemləri daima qar zolaqları ilə örtülü olmaqla intensiv işıqlanan və kölgəli dağ 
yamaclarının iqlim göstəriciləri bir-birindən kəskin fərqlənir. 
İlin  ən yüksək temperaturu Kür-Araz düzənliyində  və  Lənkəran zonasında 
müşahidə olunmaqla əsasən 14°-dən yüksək olur. Dağlıq zonada isə temperatur  
4-6° -dən aşağıdır.  
Atmosfer çöküntülərinin miqdarı müxtəlif rayonlarda müxtəlifdir. Abşeronda 
ildə ən az (160 mm), Lənkaran düzənliyində isə lap çox (1600 mm) yağıntı düşür.  
Kür-Araz ovalığının böyük bir hissəsi, Naxçıvanın Araz sahili düzənliyi, 
Talışın dağlıq zonası  və Abşeronun  şimal hissəsində illik yağıntıların miqdarı 
200-300 mm arasında tərəddüd edir. Buna müvafiq olaraq rütubətlənmə  əmsalı 
Kür-Araz ovalığında 0.1-0.5; Kiçik Qafqazda 0.1-0.2; Böyük Qafqazın Cənub 
yamaclarında  (Acınohur-Ağsu rayonu) 0.15-0.25; Böyük Qafqazın  şimal-şərq 
hissəsində (Quba-Xaçmaz zonası) 0.15-0.25; Qarabağ dağ silsiləsində 0.15-0.25; 
təşkil edir.  
Son 100-150 illik iqlim göstəricilərinin təhlili göstərir ki, axırıncı 30-40 ildə 
soyuq iqlim zonalarında istiləşmə baş verməklə illik orta temperatur 0.8-1.0° 
yüksəlmiş  və yağıntıların miqdarı 10-20 mm azalmışdır. Bunun nəticəsi olaraq 
quraqlıq güclənmiş, torpaqların deqradasiyası isə sürətlənmişdir.  
Mikroiqlim dəyişiklikləri ərazidə səhralaşmanın inkşafına şərait yaradır. Eyni 
zamanda meşələrin nizamsız qırılması, kolluqların məhv edilməsi və Yerin səth 
örtüyünün dəyişməsinə  səbəb olan digər amillər  ərazinin radiasiya balansının, 
istilik rejiminin, nisbi rütubətliyinin dəyişirilməsinə  təsir edərək deflyasiya və 
eroziya prosesləri güclənmiş  və torpaq-qrunt kompleksinin  deqradasiyası 
sürətlənmişdir. 
Azərbaycanda 30-40 ildə küləklərin də xarakteri xeyli mürəkkəbləşmiş  və 
dəyişmişdir. Xüsusilə Abşeron, Qobustan və  cənubi-şərqi  Şirvanda küləklərin 
tezliyi artmaqla onlar çox vaxt qasırğa xarakteri daşıyır. Bu zaman onların sürəti 
saniyədə 14-20 m, bəzən isə daha çox olur. 


 
52
Bütün qeyd olunanlardan nəticə  çıxararaq belə  qənaətə  gəlmək olar ki, 
Azərbaycanda torpaq deqradasiyası prosesi təbiətin özünün bir acınacaqlı 
”töhfəsidir”.  İnsanın təsərrüfat fəaliyyəti isə  nəinki bu prosesin qarşısını alır, 
əksinə onu daha da gücləndirir. 
Azərbaycanda torpağın deqradasiyasını yaradan səbəblərdən biri də ölkənin 
su ehtiyyatlarının məhdudluğudur. Cənubi Qafqazın ümumi su ehtiyyatlarının 
(310 mlrd. m
3
) yalnız 10%-i Azərbaycanın payına düşür.  Ərazimizdən axan çay 
sularının yalnız 30 %-i ölkə daxili mənbələrdən formalaşır (5.4 mld. m
3
). Adam 
başına düşən suyun həcminə görə ölkəmiz öz qonşuları arasında axırıncı yerdədir. 
Belə ki, Rusiyada ildə  hər nəfərə düşən su ehtiyyatı 18.2 min m
3
, Gürcüstanda 
11.3 min m
3
, Ermənistanda 3.2 min m
3
, Azərbaycanda isə 1.5 min m
3
-dir. Ölkənin 
illik su defisiti 3.7 m
3
 təşkil edir. 
Azərbaycanda torpaq deqradasiyasını gücləndirən amillərdən biri də 
mövcud meşələrin amansızcasına qırılmasıdır. Təkcə islahatlar dövründə (1994-
2010) özbaşınalıq ucbatından 300 min ha meşəlik məhv edilmişdir. Bu da ölkədə 
eroziya prosesinin sürətlənməsinə böyük təkan vermişdir. Bu gün eroziyaya 
məruz qalmış  ərazinin sahəsi 3685 min ha və yaxud bütün ərazinin 42.5%-i 
qədərdir. Bundan 13-15% şiddətli, 11-12% orta, 15-16% isə zəif eroziyaya məruz 
qalan sahələrin payına düşür. Ölkənin rayonları üzrə eroziyanin yayılması 6 saylı 
cədvəldə verilmişdir. 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin