46
keçirilməsi baha başa gəlsə də, daha az ekoloji xələl
gətirən istifadə sahəsi
ilə əvəzləşdirilməlidir;
• bioloji müxtəlifliyin saxlanılması prinsipi - hər hansı bir təsərrüfat
fəaliyyəti tarixən yaranmış bioloji müxtəlifliyi dəyişdirməlidir;
• təbii sərvətlərin keyfiyyəti, saxlanılması prinsipi - təbii sərvətlərin
keyfiyyəti insanın sağlamlığı və ətraf mühit
üçün təhlükə törətməyən
səviyyədə qalmasının təmin olunması;
• icazəli istifadə prinsipi - təbii sərvətlərdən istifadə ilə bağlı olub ətraf
mühitə təsir göstərən bütün fəaliyyət növlərinin yalnız təyin olunmuş
qaydada verilən xüsusi icazə əsasında həyata keçirilməsi;
• ödənişli istifadə prinsipi - istifadə etdiyi sərvətə və ətraf mühitə göstərdiyi
təsirə görə hər bir istifadəçi pul ödəməlidir;
• ətraf mühitə informasiyanın prinsipi - «hər kəsin ətraf
mühitin əsl vəziyyəti
haqqında məlumat toplamaq, əldə etmək və almaq hüququ vardır.»
(Azərbaycan Respublikasının Konstitusiyası, maddə 39, 2-ci bənd). Bu
prinsip hər bir vətəndaşın konstitusiya hüququnda öz əksini taparaq «Ətraf
mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının
Qanunu» - ilə (Bakı şəhəri, 12 mart, 2002-ci il) tənzimlənir;
• qərarların qəbul olunmasında vətəndaşların iştirakı prinsipi – Azərbaycan
Respublikasının vətəndaşları ekoloji nəticələri sosial-iqtisadi əhəmiyyət
kəsb edən qərarların hazırlanması və qəbul olunmasında iştirak edirlər.
Təbii sərvətlərdən istifadəni həyata keçirən subyektlərin vəzifə borcları:
• ekoloji istifadə sahəsindəki prinsiplərdən irəli gələn müddəalar əsasında
qərar
qəbul etmək;
• təbii sərvətlərdən istifadə obyektlərini yerləşdirərkən ətraf mühitə təsirin
mümkünlüyünü nəzərə almaq;
• təsərrüfat obyektlərinin və komplekslərinin inşası və istismarı zamanı
təbiəti mühafizə tədbirləri işləyib həyata keçirmək;
• təmizləyici qurğuların tullantıları zərərləşdirən və utilirasiya edən
avadanlıqların səmərli fəaliyyətini təmin edən
texnoloji rejimə riayət
etmək;
• ətraf mühitə təsirin səviyyəsinə nəzarət etmək üçün texnoloji prosesləri və
avadanlıqları ölçü cihazları ilə təchiz etmək;
• əlverişli mühit yaratmağın vacibliyini əldə rəhbər tutaraq, ərazinin
kompleks inkişafına nail olmaq.
Təbii sərvətlərdən istifadə zamanı yolverilməzdir (qadağandır):
• ətraf mühitə təsirin ekoloji nəticələri qeyri-müəyyən olan və ya nəzərə
alınması mümkün olmayan bütün təsərrüfat fəaliyyəti sahələri;
• Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinə zidd olan fəaliyyət
sahələrinin yaradılması və onlara investisiya qoyulması;
• təbii ekosistemlərin və təbiətdə mövcud olan müvazinəti (tarazlığı) pozan
və sıradan çıxaran və Yer kürəsinin ozon təbəqəsinə mənfi
təsir göstərən
47
bitki və heyvanat aləminin genofondunu məhv edən, insan sağlamlığı və
ətraf mühit üçün digər arzuolunmayan nəticələrə səbəb olan təsərrüfat
fəaliyyəti ilə bağlı layihələrin işlənilməsi və həyata keçirilməsi;
• nüvə və elektromaqnit şüalanması mənbəyi olan obyektlərin əhali sıx
məskunlaşan və xüsusi qorunan ərazilərdə yerləşdirilməsi;
• xüsusi qorunan, rekreasiya,
sanitariya-gigiyenik, tarixi-mədəni və s. təbiəti
mühafizə obyektlərinin təyinatına zidd olub, onlara ziyan gətirə bilən bütün
təsərrüfat fəaliyyətləri;
• tərkibində zərərli maddə və birləşmələrin miqdarı normativdə nəzərdə
tutulmuş həddi keçən tullantıların ətraf mühitə (atmosferə, litosferə və
hidrosferə) atılması;
• sənaye, kommunal-məişət və kənd təsərrüfatı komplekslərinin
çirkab sula-
rının, eləcə də sənaye, nəqliyyat və məişət və s. tullantılarının təmizlən-
mədən və zərərsizləşdirilmədən su hövzələrinə və atmosferə atılması;
• yerləşdirmək, zərərsizləşdirmək və basdırmaq üçün sənaye tullantılarının, o
cümlədən radioaktiv tullantıların Azərbaycan Respublikasının ərazisinə
gətirilməsi.
Dostları ilə paylaş: