60
iqtisadi tənzimləmə metodları istifadəçinin maddi maraqlarına toxunaraq,
iqtisadi
mənfəət və ekoloji tələblərə riayət olunması arasında dərk etməyə vadar edir.
İqtisadi stimul dayanaqlı ekoloji inkişaf məsələləri və iqtisadi maraq arasında
sintez yaradır. Ekoloji-iqtisadi stimullaşdırma iki qrup təşkil edir: pozitiv
səbəbdən və neqativ səbəbdən stimullaşdırma.
• pozitiv səbəbdən stimullaşdırma təbii ehtiyatlardan səmərəli istifadəyə və
ətraf mühiti mühafizə tədbirlərinin layiqincə yerinə yetirilməsinə görə
iqtisadi
fərqləndirməni nəzərdə tutur;
• neqativ səbəbdən stimullaşdırma birinci bənddə qeyd olunan şərtlərin ödənil-
məməsi təqdirdə iqtisadi sanksiyaların tətbiq olunmasını nəzərdə tutur.
«Ətraf mühitin mühafizəsi sahəsində iqtisadi stimullaşdırma ekoloji yönümlü
subsidiyalar və digər stimullaşdırıcı tədbirlər vasitəsilə həyata keçirilir. Ətraf
mühitin mühafizəsinin iqtisadi stimullaşdırması qanunvericiliyə zidd
olmayan
tədbirlərin köməyi ilə də həyata keçirilə bilər», «Ətraf Mühitin Mühafizəsi
haqqında Azərbaycan Respublikasının Qanunu», maddə 25., 08 iyun, 1999-cu il.
Təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi sahəsində
qanunvericilikdə nəzərdə tutulmuş iqtisadi stimullaşdırma:
• vergitutmada və digər sahələrdə imtiyazların verilməsi
- hüquqi statusdan
və mülkiyyət formasından asılı olmayaraq bütün təşkilat və müəssisələr
aztullantılı və tullantısız texnologiya və istehsalat sahələrinin tətbiqinə,
tullantıların
təkrar istifadəsinə, təbiəti mühafizə effekti verən hər hansısa
tədbirin həyata keçirilməsinə və s. görə;
• ekoloji fondların vergi ödəmədən azad edilməsi;
• təbiəti mühafizə sahəsinə aid olan əsas istehsal fondlarına yüksək
amortizasiya normalarının qoyulması;
• ekoloji təmiz məhsula həvəsləndirici qiymətlərin
və əlavələrin tətbiqi;
• ətraf mühitin mühafizəsini səmərəli həyata keçirən müəssisə, təşkilat və
idarələrə hüquqi statusundan asılı olmayaraq
güzəştli kreditlərin verilməsi;
• ekoloji təhlükəli məhsula görə, həmçinin təhlükəli texnologiyanın tətbiqi
nəticəsində istehsal olunan məhsula xüsusi vergitutmanın tətbiqi (neqativ
səbəbdən stimullaşdırma).
Dostları ilə paylaş: