Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə12/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   8   9   10   11   12   13   14   15   ...   484
Ə d ə b i y y a t
Ata sorağında /Adil Baba-
yev; [tərt.ed. E.Babayev].-
Bakı: Gənclik, 1985.-117 s. 
Pyeslər /Adil Babayev; 
tərt. ed. E.Babayev.- Bakı: 
Yazıçı, 1984.-252 s.
Behbudova, A. Adil Baba-
yevin həyatı və yaradıcı-
lığı: filol. e. n. a. dər. al. 
üçün təq. ed. dis.: 10.01.01 
/A.Behbudova; Naxçıvan 
Döv. Un-ti.- Naxçıvan, 
2006.- 146 s.
Xəyal, S. Adil Babayev ya-
radıcılığı əsasında: [Kitab 
Adil Babayevin yubileyinə 
ithaf olunur] /Sona Xəyal; 
red. Ş.Kamil; ön sözün 
müəl. A.Babayev.- Bakı: 
[MBM], 2011.-143 s.
Orucoğlu, X. Qısa 
ömrün böyük əks-sədası 
/X.Orucoğlu //Ədalət.-
2012.- 11 fevral.- S.17.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.elibrary.az
www.kitabxana.net
28
Şair


10
Teatr.Kino
 Səməndər Rzayev 
1945-1986 
Y
ANV
AR
Səməndər Mənsim oğlu Rzayev 
1945-ci il yanvar ayının 2-də Ağsu ra-
yonunda anadan olmuşdur. Aktyorluqla 
hələ  məktəbdə oxuduğu müddətdə ra-
yondakı dram dərnəyində məşğul olma-
ğa başlamışdır.
1964-1968-ci illərdə Azərbaycan 
Dövlət Teatr İnstitutunun (indiki 
         
ADMİU) aktyorluq fakültəsində  təhsil 
almışdır. Onun ilk sənət müəllimləri 
Rza Təhmasib, Mehdi Məmmədov, 
Ədil İsgəndərov və 
başqaları olmuşdur.
Hələ  tələbəykən televiziyadakı  çı-
xışları ilə qiraət ustası kimi sevilmiş, 
ömrünün sonunadək radionun “Bulaq” 
folklor toplusunun “Bulaq Dədəsi” 
kimi fəaliyyət göstərmişdir.
1967-ci ildən çalışdığı Milli Dram 
Teatrının səhnəsində çoxsaylı maraqlı 
və təkrarsız obrazlar yaratmışdır. Onun 
istedadı Milli Dram Teatrında Şekspirin 
“Hamlet” faciəsini tamaşaya qoymağa 
hazırlaşan baş rejissor Tofiq Kazımo-
vun diqqətindən yayınmamış, rejissor 
onu Horatsio roluna dəvət etmişdir.
1973-cü ildə artıq teatr tamaşaların-
dan, televiziyadan tamaşaçıların tanıyıb 
sevdiyi Səməndər Rzayev kinoda ilk 
böyük rolunu - “Nəsimi” filmində 
Şir-
vanşah İbrahimi oynamışdır.
Milli və dünya klassiklərindən Hü-
seyn Cavidin “Xəyyam” (Xacə Nazim), 
“Knyaz” (Knyaz), “İblis” (İbn Yəmin), 
M.F.Axundzadənin “Müsyö Jordan və 
dərviş  Məstəli  şah”  (Hatəmxan ağa), 
S.Vurğunun “Vaqif”  (Vaqif), “İnsan” 
(Valentin), C.Məmmədquluzadənin 
“Dəli yığıncağı” (Fazil Küleyni), 
C.Cabbarlının “Aydın”  (Balaxan) 
pyeslərinin tamaşalarında müxtəlif xa-
rakterli rollarda çıxış etmişdir.
“Babamızın babasının babası” 
(1981), “Bağ mövsümü” (1985), “Bəyin 
oğurlanması” (1986) filmlərində də ma-
raqlı obrazlar yaratmışdır. 
Səməndər Rzayevin qəhrəmanları, 
həqiqətən səmimi, qayğıkeş insanlardır. 
Yaradıcılığını əks etdirən personajların 
hər biri düşündürücü detallarla hafizələrə 
hopmuşdur. O, səhnədə baş verə biləcək 
hər hansı gözlənilməz hadisə anında 
yüksək peşəkarlıqla improvizə etməyi 
bacarır, xırda bir detaldan, adi bir de-
yim tərzindən yüksək, koloritli xarakter 
yaratmaq səviyyəsində bəhrələnirdi.
Televiziya tamaşasında yaratdığı Şa-
kir  Şəkəroviç (“Evləri köndələn yar”) 
obrazı, dillər  əzbəri olan “Ayə, niyə 
oynamırsınız?”, “Nə deyir ə, bu”, “Bur-
dan eşit, burdan da oyna da” məşhur 
ifadələri bu gün də yaddaşlardadır.
Səməndər Rzayev 1974-cü ildə 
“Əməkdar artist” fəxri adına, 1980-ci 
ildə isə Dövlət mükafatına layiq görül-
müşdür.
Xalqımızın görkəmli və sevimli akt-
yoru Səməndər Rzayev 1986-cı il mart 
ayının 27-də Bakıda vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin