İ n t e r n e t d ə www.adam.az www.anl.az www.az.wikipedia.org www.warheroes.ru ordeni”nə layiq görülmüşdü.
1944-cü il avqust ayının 1-də Aslanovun bri-
qadası başqa ordu hissələri ilə birlikdə Yelqava
şəhərini düşməndən təmizləmişlər. O, Volqadan
başlamış Baltikədək bütün döyüşlərdə özünü baca-
rıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdir.
Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8
dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür al-
mışdır. İki dəfə “Qırmızı Ulduz”, üç dəfə “Qırmızı
Bayraq”, “Aleksandr Nevski”, İkinci dərəcəli “Su-
vorov Ordeni”, I dərəcəli “Vətən Müharibəsi Or-
deni” və saysız medallarla təltif edilmişdir.
Stalinqraddan Baltik sahillərinədək döyüş yolu
keçən Həzi Aslanov 1945-ci il 24 yanvar tarixində
Latviyanın Liepay rayonunda alman faşistləri
ilə döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Ölümündən 47 il sonra ona ikinci “Sovet İttifaqı
Qəhrəmanı” adı verilmişdir.
Həzi Aslanovun məzarı Bakıda Şəhidlər Xiya-
banındadır. Burada qəhrəmanın abidəsi ucaldıl-
mışdır. 1969-cu ildə Həzinin vətəni Lənkəranda
onun ev-muzeyi açılmış, 1983-cü il may ayının
8-də Lənkəran şəhərinin mərkəzində onun boyük
heykəli ucaldılmışdır. Bakıdakı küçələrdən və
metrostansiyalardan biri Həzi Aslanovun adını da-
şıyır.
Haqqında “General Həzi Aslanov” (1945),
“General Aslanov” (1970), “Estafet” (1982), “Sizi
dünyalar qədər sevirdim” (1985), “Dəmir atlı
cəngavər” (2003) adlı filmlər çəkilmişdir.