Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə25/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   21   22   23   24   25   26   27   28   ...   484
18
Mədəniyyət.Maarif.Elm
135  
illiyi
Muxtar Əfəndizadə 
1880-1975 
Y
ANV
AR
Muxtar  İsmayıl oğlu  Əfəndizadə  
(Muxtar Əfəndi) 1880-ci il yanvar ayı-
nın 1-də Ağdaş rayonunun Şəmsabad 
kəndində, ziyalı ailəsində anadan ol-
muşdur. 
Uzun müddət (1886-1904) Azərbay-
canın müxtəlif mədrəsələrində (Ağdaş, 
Şamaxı, Quba, Bakı) təhsil alan Mux-
tar Əfəndizadə hələ 8 yaşında ikən ha-
fiz adını almışdır. 1904-1905-ci illərdə 
Qubada “Üsuli-cədid” məktəbi açmış, 
1906-cı ilin axırlarında maarifçilik 
fəaliyyətini davam etdirmək üçün öz 
vətəni Ağdaşa qayıtmışdır.
Muxtar Əfəndinin Azərbaycan mə-
dəniyyəti və maarifçiliyinin inkişafın-
da misilsiz xidmətləri olmuşdur.
O, XX əsrin əvvəllərində qiraətxana 
yaratmış, Misirdən, Hindistan və İran-
dan,  İstanbuldan, Krımdan, Bolqarıs-
tandan, Orenburqdan, Kazandan və 
Astraxandan, Rusiyadan gələn qəzet 
və  məcmuələr qiraətxananı  zəngin-
ləşdirmişdi. 1923-cü ildə kitabların sa-
yına görə Ağdaş qiraətxanası Bakıdan 
sonra ikinci yeri tuturdu.
M.Əfəndizadə 1906-1907-ci il-
lərdə oğlan uşaqları üçün “Darülirfan” 
məktəbləri açmış, “Yaşlılar üçün kurs”  
təşkil etmişdi. 1908-1909-cu illərdə 
səfalətdən əziyyət çəkən uşaqlar üçün 
bir neçə bölgədə “Kimsəsiz uşaqlar 
evi” açmağa nail olmuşdur. 
1909-cu ildə o, “Səadət” qız mək-
təbini açmış, məktəbin fəaliyyəti 1920-
ci ilədək davam etmişdir. 
1907-ci ildə  Ağdaşda ilk teatr da 
M.Əfəndizadə  tərəfindən yaradılmış-
dır. 1908-ci ildə teatrda R.Əfəndiyevin 
“Qan ocağı” əsəri tamaşaya qoyulmuş-
dur.
Cümhuriyyət dövründə  parlamentdə 
fəaliyyət göstərsə  də, 1920-ci ildə 
siyasətdən uzaqlaşmış, maarifçilik 
fəaliyyətini davam etdirmişdir. Cəmi 
3 ay 19 günlük siyasi fəaliyyəti onun 
bir neçə il sürgün həyatı keçirməsinə 
səbəb olmuşdur.
1930-cu ildə Gürcüstana göndəril-
miş, iki il orada pedaqoji fəaliyyətlə 
məşğul olmuş, “Yeni kənd” qəzetinin 
redaktoru, “Dan ulduzu” məcmuəsinin 
korrektoru vəzifəsində çalışmışdır. La-
kin səhhəti ilə əlaqədar Bakıya qayıt-
mış, baş mətbuat müdirliyində və Ta-
rix institutunda tərcüməçilik etmişdir. 
İsgəndər Münşinin, Mirxondun, İbn 
Əl-Əsirin  əsərlərini, Sədinin məşhur 
“Gülüstan”  əsərinin sətri tərcüməsini 
etmişdir. 
1944-cü ildə Azərbaycan Dövlət 
Pedaqoji  İnstitutun dil ədəbiyyat 
fakültəsini bitirmiş, həmin ildən 
Azərbaycan Dövlət Universitetində 
dərs deməyə başlamışdır. 
Muxtar Əfəndizadə 1975-ci il okt-
yabr ayının 19-da, 95 yaşında vəfat et-
mişdir. Şəmsabad kənd orta məktəbinə 
və  Ağdaş  şəhərində yaşadığı küçəyə 
onun adı verilmişdir. Hal-hazırda do-
ğulduğu və  dəfn olunduğu kənddə      
ev-muzeyi fəaliyyət göstərir. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin