16
Siyasət.Hüquq.Hərbi iş
105
illiyi
Həzi Aslanov
1910-1945
Y
ANV
AR
Həzi Əhəd oğlu Aslanov 1910-cu il
yanvar ayının 22-də Lənkəran şəhərində
anadan olmuşdur. İbtidai təhsilini 1 say-
lı şəhər orta məktəbində almışdır.
13 yaşında atasını itirən Həzi kərpic
zavodunda fəhlə kimi işləməyə başla-
mışdır. Sonra komsomol ezamiyyəti ilə
Zaqafqaziya hərbi hazırlıq
məktəbinə
göndərilmiş, 1929-cu ildə oranı bitirdik-
dən sonra Leninqrad süvari məktəbinə
daxil olmuşdur.
İki illik təhsildən sonra o, Kotovsk
adına III
Bessarabiya süvari diviziya-
sında tağım komandiri kimi fəaliyyətə
başlamış, döyüş texnikası ilə yaxından
maraqlanmış, həm öyrənmiş, həm də
öyrətmişdir.
İkinci
dünya müharibəsi başlananda,
Həzi Ukraynada xidmət edirdi. 1941-
ci il iyun ayının 23-nə keçən gecə al-
man zirehli qoşunları ilə qeyri-bərabər
döyüşdə, o, özünü bacarıqlı sərkərdə
kimi göstərmişdi. Öz döyüşçüləri ilə
Donbass ətrafında düşmənin şiddətli
hücümlarını beş ay
dəf etmiş, onu ağır
tələfata uğratmışdı. 1941-ci ilin dekabr
ayında Moskva ətrafında vuruşmalarda
qəhrəmanlığına görə “Qırmızı Ulduz”
ordeninə layiq görülmüşdü. Xarkov və
Stalinqrad ətrafında
gedən döyüşlərdə
Həzinin başçılığı ilə 55-ci tank briqada-
sının tankçıları düşmənə ağır zərbələr
endirmişlər. Aslanovun tankçıları
vuruşa-vuruşa 40 km-dən artıq yol gedib
Stalinqrad
- Salsk dəmir yolunu tutub,
almanları Stalinqrad qruplaşmasının
əsas magistralından məhrum etmişdilər.
Tanklar düşmənin xeyli qüvvəsini və
texnikasını sıradan çıxarmışdı.
Aslanovun döyüşçüləri Kotelnikovo
yaxınlığında gedən döyüşlərdə böyük
şücaət göstərmişdilər. Düşmənin 30
əks-hücumu
dəf edilmiş, bir batalyon
piyada qoşunu, 30 tankı, 50 avtomo-
bili sıradan çıxarılmışdı. Bu döyüşdə
göstərdiyi şücaətə görə podpolkovnik
H.Aslanov 1942-ci il dekabr ayının 22-
də “Sovet İttifaqı Qəhrəmanı” adına la-
yiq görülmüşdür.
O, daim öz hərbi biliyini artırmağa
səy göstərirdi. 1943-cü il dekabr ayı-
nın 17-dən 1944-cü il aprel ayının 6-na
kimi o, Zirehli tank qoşunları Akademi-
yasının birillik təhsil proqramını 3 aya
mənimsəmiş, sonra yenidən doğma 35-
ci qvardiya tank briqadasına qayıtmış-
dı.
1944-cü il mart ayının 13-də ona
tank qoşunları general
mayoru rütbəsi
verilmişdir.
1944-cü il iyun ayının axırlarında
Belorusiya və I Pribaltika cəbhəsinin
qoşunları hücuma keçmişdilər. Belo-
rusiyanın iri şəhər və dəmiryollarını
azad etdikdən sonra Aslanovun tankları
Vilnüsə hücumları davam etdirmişlər.
General mayorun briqadası iyunun
24-dən iyulun 13-nədək düşmənə ağır
zərbələr endirmişdi. Bu döyüşdəki
qələbəyə görə 35-ci qvardiya tank bri-
qadası “Qırmızı bayraq” ordeninə, ge-
neral özü isə ikinci dərəcəli “Suvorov
Dostları ilə paylaş: