24
Kimya.Biologiya.Tibb
Abel Məhərrəmov
1950
Y
ANV
AR
Abel Məmmədəli oğlu Məhərrəmov
1950-ci il yanvar ayının 5-də Ağdam
şəhərində anadan olmuşdur. 1966-cı ildə
orta məktəbi qızıl medalla bitirdikdən
sonra, elə həmin il Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) Kimya
fakültəsinə qəbul olmuş və oranı 1971-
ci ildə əla qiymətlərlə başa vurmuşdur.
1971-ci ildən Ümumittifaq Olefinlər
Elmi Tədqiqat İnstitutunda
operator,
sonra isə mühəndis vəzifəsində çalış-
mışdır.
O, 1976-cı ildə namizədlik disserta-
siyasını, 1991-ci ildə doktorluq disser-
tasiyasını müdafiə etmiş və professor
adına layiq görülmüşdür.
1976-cı ildən Azərbaycan Dövlət
Universitetində baş elmi işçi, baş
müəllim, tədris hissəsinin müdiri, de-
kan müavini vəzifələrində çalışmışdır.
A.Məhərrəmov 1984-1993-cü
illər-
də Kimya fakültəsinin dekan müavini,
1993-1999-cu illərdə dekan, 1999-cu
ilin yanvar ayının 11-dən isə ulu öndər
Heydər Əliyevin Sərəncamı ilə Bakı
Dövlət Universitetinin rektoru təyin
edilmişdir. Universitetinin
Böyük Elmi
Şurasının sədridir.
1999-cu ildən Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, 2008-ci
ildə isə AMEA-nın həqiqi üzvü seçil-
mişdir.
2002-2004-cü illərdə Qara dəniz
universitetlər şəbəkəsinin
prezidenti
olmuşdur.
Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının və İdarə Heyətinin üzvüdür.
2005-ci ildən Azərbaycan Respubli-
kası Milli Məclisinin deputatıdır.
Milli
Məclisin Elm və təhsil məsələləri daimi
komitəsinin üzvüdür.
Azərbaycan-Yaponiya p
arlament-
lərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri, Azərbaycan - ABŞ,
Azərbaycan
- İspaniya, Azərbaycan - Türkmənistan
parlamentlərarası əlaqələr üzrə işçi
qruplarının üzvüdür.
Əməkdar elm xadimi və Yusif
Məmmədəliyev mükafatı laureatı-
dır. Rumıniya Respublikasının ali
dərəcəli “Komandor” ordeni, İqtisadi
Əməkdaşlıq Təşkilatının qızıl medalı
ilə təltif edilmişdir. Rumıniya Respub-
likasının
Ovidius Universitetinin və
Türkiyənin Kırıkkale Universitetinin
fəxri doktorudur.
50-dək monoqrafiyanın, dərsliyin və
dərs vəsaitinin, 700-dək elmi məqalənin
müəllifidir. 37 ixtirası vardır.
Kimyanın əsas
sahələrindən he-
sab edilən neft kimyası, üzvi kimya
sahəsində geniş və dərin tədqiqatlar apa-
ran, onu yeni biliklərlə zənginləşdirən,
elmi məktəb yaradan tanınmış alim 30-
dək kimya elmləri namizədi və doktoru
hazırlamışdır.
Akademik
Abel Məhərrəmov bir
çox nüfuzlu kimya jurnallarının redak-
siya heyətinin üzvü kimi də fəaliyyət
göstərir.
Dostları ilə paylaş: