25
Kimya.Biologiya.Tibb
Abdulla Qarayev
1910-1968
Y
ANV
AR
Abdulla İsmayıl oğlu Qarayev 1910-
cu il yanvar ayının 14-də Bakıda anadan
olmuşdur.
1927-ci ildə Bakı Xalq Maarifi
Şöbəsinin pedaqoji texnikumunu, 1930-
cu ildə Azərbaycan Dövlət Universiteti-
nin (indiki BDU) Pedaqoji fakültəsinin
təbiət bölməsini bitirmişdir. 1932-1936-
cı illərdə Azərbaycan Dövlət Tibb İnsti-
tutunda təhsil almışdır.
O, 1937-ci ildə iki mövzu üzrə: bi-
rinci dissertasiya
işinə görə tibb elmləri
namizədi, ikinci dissertasiyaya görə
isə biologiya elmləri namizədi alimlik
dərəcəsi almışdır. 1937-1938-ci illərdə
Azərbaycan Dövlət Pedaqoji İnstitutun-
da Təbiət fakültəsinin dekanı vəzifəsində
çalışmışdır. 1940-cı ildə doktorluq işini
müdafiə etmişdir.
1941-1942-ci
illərdə ADU-nun bi-
ologiya fakültəsinin dekanı olmuşdur.
Fiziologiya sahəsində ilk azərbaycanlı
professor olan Abdulla Qarayev 1942-
ci ildə müsabiqə yolu ilə Azərbaycan
Dövlət Tibb İnstitutunun Normal fi-
ziologiya kafedrasında, Azərbaycan
Dövlət Universitetində isə İnsan və hey-
van fiziologiyası kafedrasında müdir
vəzifəsində çalışmışdır. 1942-1944-cü
illərdə Azərbaycan
Dövlət Universite-
tinin elmi hissə üzrə prorektoru, 1944-
cü ilin sentyabrından 1950-ci ilin okt-
yabrına qədər isə rektoru vəzifələrində
işləmişdir.
1952-ci ilin mayından 1956-cı ilin
iyuluna qədər AEA Biologiya və kənd
təsərrüfatı elmləri şöbəsinin
akademik-
katibi vəzifəsində çalışmışdır. 1965-ci
ildə Ali Attestasiya Komissiyası Abdulla
Qarayevə insan və heyvan fiziologiyası
(indeks 102) üzrə namizədlik və doktor-
luq dissertasiyalarını müdafiəyə qəbul
etmək ixtiyarı vermişdir.
1953-cü ildə onun səyi nəticəsində
Azərbaycan EA-nın Zoologiya İnstitutu-
nun nəzdində Fiziologiya şöbəsi, 3 ildən
sonra müstəqil
Fiziologiya bölməsi ya-
radılmış və rəhbərlik Abdulla Qarayevə
həvalə olunmuşdur.
O, Azərbaycan Ali və Orta İxtisas
Təhsili Komitəsinin sədri olmuş, 1961-
1963-cü illərdə komitə sədri kimi ali
məktəblərin maddi-texniki bazasının
möhkəmləndirilməsi, yeni fakültə və ix-
tisasların açılmasına
xüsusi diqqət yetir-
mişdir.
1968-ci il fevral ayının 2-də Azər-
baycan SSR Elmlər Akademiyasının
Fiziologiya İnstitutu yaradılmış və aka-
demik Abdulla Qarayev institutun direk-
toru təyin olunmuşdur.
Hazırda bu institut, eləcə də N.Nəri-
manov adına Azərbaycan Dövlət Tibb
İnstitutunun Normal fiziologiya kafed-
rası və Bakı şəhərində bir
küçə onun
adını daşıyır.
A.Qarayev 7 monoqrafiya və 300-dən
artıq məqalənin müəllifidir.
1943-cü ildə fiziologiya elminin inki-
şafındakı xidmətlərinə görə “Əməkdar
elm xadimi” fəxri adına layiq görülmüş,
1949-cu ildə AEA-nın həqiqi üzvü seçil-
miş, Lenin ordeni, 3 dəfə “Qırmızı Əmək
Bayrağı” ordeni, “Qırmızı Ulduz” orde-
ni və medallarla təltif edilmişdir.
Abdulla Qarayev 1968-ci
ildə vəfat
etmişdir.
Dostları ilə paylaş: