27
Kitabxanaşünaslıq.Biblioqrafiya
Firidun bəy Köçərli adına Respublika Uşaq
Kitabxanası
1965
Y
ANV
AR
F.Köçərli adına Dövlət Uşaq Kitabxanası 1965-
ci il yanvar ayının 1-də Mədəniyyət Nazirliyinin
(indiki Azərbaycan Respublikasının
Mədəniyyət
və Turizm Nazirliyi) qərarı ilə M.Qorki adına ki-
tabxananın fondu əsasında yaradılmışdır.
2010-cu ildən kitabxana yeni ünvanda (Bakı
şəhəri, S.Vurğun küçəsi 88) fəaliyyət göstərir. Ki-
tabxanada nağıl otaqları, incəsənət otağı, böyük və
kiçik oxu zalları, elektron resurslar bölməsi, multi-
media, internet-resurs mərkəzləri yaradılmışdır.
Kitabxananın 250 minə yaxın
kitab fondu,
17028 nəfər oxucusu var.
Respublika əhəmiyyətli kitabxana kimi
Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil
olan uşaq kitabxanalarına metodik mərkəz funk-
siyasını həyata keçirir. Kitabxananın 9 şöbəsi
(Komplektləşdirmə və kitabişləmə şöbəsi, Ki-
tabsaxlayıcı şöbə,
Xidmət şöbəsi, Ölkəşünaslıq
və milli ədəbiyyatın təbliği şöbəsi, Məlumat-
biblioqrafiya şöbəsi, Elmi-metodika şöbəsi,
Kütləvi
işlər şöbəsi, İncəsənət şöbəsi, Avtomatlaş-
dırma şöbəsi), 5 bölməsi, 2 oxu zalı var. 4 filialı isə
Ba
kının müxtəlif rayonlarında fəaliyyət göstərir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası
müstəqillik illərində Azərbaycan mədəniyyətinin
inkişafı və mədəni sərvətlərimizin mühafizə oluna-
raq gələcək nəsillərə çatdırılması, dünya kitabxa-
naları səviyyəsinə qalxması istiqamətində də mü-
hüm addımlar atmışdır. Kitabxana respublikanın
mədəni həyatında fəal iştirak edir.
Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü ilə hər il keçirilən
ənənəvi kitab bayramlarının təşkilatçısıdır. Uşaq-
ların informasiya tələbatının ödənilməsi ilə bağ-
lı, onları son illərdə çap olunan müasir uşaq
ədəbiyyatı, uşaq yazıçıları və nəşriyyatları ilə ta-
nış etmək, mütaliəyə həvəsləndirmək məqsədilə 2
aprel - Beynəlxalq Uşaq Kitabı günü
hər il Milli
Uşaq Kitabı sərgisi, həmçinin regionlarda “Kitab
karvanı” adlı səyyar sərgilər təşkil edir. 3 il ərzində
(2011-2013) keçirilən layihə üzrə 16 rayona Ki-
tab Karvanı yola düşmüş, 14270 nüsxə uşaq kitabı
hədiyyə edilmişdir.
Məqsəd respublikanın şəhər və rayon MKS-
lərinin mərkəzi kitabxanalarında və filialların-
da uşaq ədəbiyyatının azlığını nəzərə alaraq,
səyyar sərgilərlə uşaq ədəbiyyatına olan marağı
yüksəltmək, uşaqları mütaliəyə cəlb etməkdir.
Kitabxana 2006-cı ilin mart ayından “Göy qur-
şağı” (goyqurshagi@box.az) adlı jurnal təsis edir.
Rəngli şəkillərlə 32 səhifədən ibarət nəfis
tərtib
olunan bu jurnal MKS-lər vasitəsilə ən ucqar dağ
kəndlərinə belə yayılır.
F.Köçərli adına Respublika Uşaq kitabxanası
2012-ci ildə 76 dövlətin üzv olduğu Beynəlxalq
Uşaq Kitabı Şurasına (İBBY) üzv olmuşdur.
Kitabxanada vaxtaşırı kitab festivalları, viktori-
nalar, müsabiqələr, teatr tamaşaları, yeni kitabların
təqdimatı və müzakirəsi təşkil olunur.
Dostları ilə paylaş: