Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə37/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   33   34   35   36   37   38   39   40   ...   484
Ə d ə b i y y a t
Əbdülsəlimzadə, Q. 
20 yaşlı 20 yanvar 
/Q.Əbdülsəlimzadə.- Bakı: 
Şirvannəşr, 2010.- 391  s.
Şıxlar, N. Dünyamızın 20 
yanvar faciəsi /N.Şıxlar; red. 
R.Əsgər.- Bakı: Müəllim, 
2010.- 92 s.
Məhərrəmov, V. Qanlı gecə, 
qanlı tarix /V.Məhərrəmov.-
Bakı: Hərbi Nəşriyyat
2011.- 95 s.
Şəhidlər: biblioqrafiya 
M.F.Axundov ad. Azərb. Mil-
li Kitabxanası; Azərb. Resp. 
Mədəniyyət və Turizm Nazir-
liyi; tərt. ed. M.Məmmədova, 
A.Əliyeva; ixtisas red. və 
burax. məsul. K.Tahirov.-
Bakı, 2010.- 397 s.
Abbasov, İ. 20 Yanvar-
Qəhrəmanlıq salnaməsi      
/İ.Abbasov //İki sahil.- 
2014.- 15 yanvar.- S.15.
20 Yanvar - əsarətin son 
gecəsi //Şərq.- 2014.- 18 
yanvar.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org 
20
25 
 ili


30
Tarixdə bu gün
70  
illiyi
Azərbaycan Milli Elmlər Akademiyası 
1945
Y
ANV
AR
1923-cü ildə elmi-tədqiqat işləri apar-
maq üçün Ə.B.Haqverdiyevin sədrliyi 
ilə Azərbaycan Tədqiq və  Tətəbbö 
Cəmiyyəti yaradıldı və respublikanın baş 
elmi müəssisəsinə çevrildi. İlk dövrdə 
Cəmiyyətin tərkibinə Tarix-Etnoqrafiya, 
İqtisadiyyat və  Təbiətşünaslıq bölmələri 
daxil edilmişdi. Respublikanın  Şama-
xı, Gəncə, Lənkəran, Zaqatala və digər 
qəzalarında, o cümlədən Naxçıvan MSSR 
və DQMV-də Cəmiyyətin bölmələri yara-
dıldı.
1925-ci ildə  cəmiyyət Azərbaycan 
hökumətinin sərəncamına verildi.
1929-cu ildə Azərbaycanın Tədqiq və 
Tətəbbö Cəmiyyəti yenidən təşkil edilərək 
Azərbaycan Dövlət Elmi-Tədqiqat  İnsti-
tutu (DETİ) adlandırıldı. 
1932-ci ildə Azərbaycan DETİ 
əsasında SSRİ Elmlər Akademiya-
sı Zaqafqaziya Filialının Azərbaycan 
Şöbəsi təşkil edildi. Şöbəyə R.Axundov 
rəhbərlik edirdi. Şöbədə 11 bölmə  və 
bir neçə komissiya fəaliyyət göstərirdi. 
Bir sıra məşhur alimlər - F.Y.Levinson-
Lessinq,  İ.M.Qubkin, A.A.Qrossheym, 
N.Y.Marr,  İ.İ.Meşşanov, A.N.Derjavin, 
İ.Q.Yesman, ilk  Azərbaycan alimlərindən 
B.Çobanzadə, V.Xuluflu, M.Əfəndiyev, 
A.Tağızadə, S.Mümtaz, A.S.Məmmədov 
və başqaları burada elmi-tədqiqat işləri 
aparırdılar. 1935-ci ilin oktyabrında şöbə 
SSRİ EA-nın Azərbaycan Filialına çev-
rildi. Filialın yanında mövcud bölmələr 
əsasında Kimya, Botanika, Zoologiya və 
Tarix, Etnoqrafiya və Arxeologiya, Dil 
və  Ədəbiyyat Elmi-Tədqiqat institutla-
rı, habelə Energetika, Fizika, Geologiya
Torpaqşünaslıq sektorları yaradıldı. Filia-
lın Rəyasət Heyətinin sədri əvvəl akade-
mik  İ.M.Qubkin, sonralar isə akademik 
S.S.Namyotkin oldu.
SSRİ Xalq Komissarları Sovetinin 
1945 il 23 yanvar tarixli qərarı ilə  filial 
Azərbaycan EA-na çevrildi. Bu vaxt aka-
demiyanın 4 bölməsi, 16 elmi-tədqiqat 
institutu, elmi-tədqiqat  şöbəsi, 3 muze-
yi, mərkəzi elmi kitabxanası, Naxçıvan, 
Gəncə, Xankəndi və Qubada elmi baza-
ları var idi. Həmin il Azərbaycan EA-na 
15 həqiqi üzv seçildi. Onun ilk heyətində 
Ü.Hacıbəyli, S.Vurğun, M.İbrahimov, 
Y.Məmmədəliyev, M.Qaşqay, 
A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, 
M.Mirqasımov,  Ş.Əzizbəyov,  Ə.Əlizadə, 
M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov 
və İ.İ.Şiroqorov kimi şəxsiyyətlər var idi.
1945-ci il martın 31-də akademiya-
nın həqiqi üzvlərinin ilk ümumi iclasında 
M.Mirqasımov prezident seçildi. Sonra-
kı illərdə Y.Məmmədəliyev (1947-1950, 
1958-1961), M.Əliyev (1950-1958), 
Z.Xəlilov (1961-1967), R.İsmayılov 
(1967-1970), H.M.Abdullayev (1970-
1983), E.Y.Salayev (1983-1997), 
F.Q.Maqsudov (1997-2000), M.Kərimov 
(2001-2013) akademiyanın prezidenti ol-
muşlar. 2013-cü ildən akademik Akif Əli-
zadə AMEA-nın prezidentidir.
AMEA-nın 5 bölməsi var: fizika, tex-
nika və riyaziyyat elmləri; kimya elmləri; 
yer elmləri; biologiya elmləri; ictimai 
elmlər.
1972-ci ildə AMEA Naxçıvan filialının 
elmi mərkəzi yaradılmışdır. Hazırda Aka-
demiyanın İnformasiya resurs mərkəzi və 
əsaslı kitabxanası  fəaliyyət göstərir. 
Ümummilli lider Heydər  Əliyev elm 
sahəsinə daim böyük diqqət və qayğı 
göstərmişdir. O, özünün 15 may 2001-ci 
il tarixli fərmanı ilə Azərbaycan Elmlər 
Akademiyasına Azərbaycan Milli Elmlər 
Akademiyası adını verməklə Akademiya-
nın statusunu yüksəltmişdir. 
Hazırda AMEA-nın 64 həqiqi üzvü, 
146 müxbir üzvü var.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin