Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə38/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   34   35   36   37   38   39   40   41   ...   484
23
Ə d ə b i y y a t
Azərbaycan Milli Elmlər 
Akademiyasının 70 illik 
yubileyinin keçirilməsi 
haqqında: Azərbaycan 
Respublikası Prezidenti-
nin Sərəncamı, 14 mart 
2014-cü il //Azərbaycan 
2014.- 15 mart.- S.1.
Azərbaycan Milli Elmlər 
Akademiyasının infrast-
rukturu müasir dünya 
standartları səviyyəsində 
yenidən qurulur: Dövlət 
rəhbərliyinin tapşırığına 
əsasən son illər Akade-
miyada aparılan təmir 
və bərpa işləri, eləcə də 
maddi-texniki bazanın 
möhkəmləndirilməsi 
bunları deməyə əsas 
verir //Elm.- 2011.- 25 
aprel.- S.4-5.
Zümrüd. Azərbaycan 
Milli Elmlər Akademiyası 
65 illik yubileyini qeyd 
edir: Akademiyanın təsis 
edilməsi xalqın ictimai 
fikir tarixində mühüm 
bir hadisəyə çevrilib              
/Zümrüd //Səs.- 2010.- 13 
yanvar.- S.12.
İ n t e r n e t d ə
www.anl.az
www.science.gov.az


31
Tarixdə bu gün
Gömrük İşçiləri Günü 
1992
Y
ANV
AR
Gömrük dövlət xəzinəsini gəlirlə 
təmin edən  ən mühüm dövlət atribut-
larından biridir. Gömrük sistemi həm 
də ölkəyə qeyri-qanuni yolla müxtəlif 
malların gətirilməsinin, habelə ölkənin 
ən mühüm strateji sərvətlərinin aparıl-
masının qarşısını alır.
Azərbaycanda gömrük sisteminin 
təşkili tarixi çox qədimdir. Tarix boyu 
mövcud olmuş bütün Azərbaycan 
dövlətlərində gömrük xidməti ilə 
məşğul olan xüsusi təsisatlar fəaliyyət 
göstərmişlər. Lakin gömrük sistemi-
nin elmi-hüquqi əsaslarla təşkili ilk 
dəfə Azərbaycan Xalq Cümhuriyyəti 
dövründə olmuşdur.
Azərbaycan  ərazisini qeyri-qanuni 
ticarətdən və qaçaqmalçılıqdan qorumaq 
məqsədilə hökumətin 1918-ci il 12 iyul 
tarixli qərarı ilə Qazax qəzasının Salahlı 
və Şıxlı kəndlərində, Poylu dəmir yolu 
stansiyasında ilk gömrük postları yara-
dılmışdı. Azərbaycan hökuməti gömrük 
sisteminin fəaliyyətə başlamasını təmin 
edən sənədi 1918-ci il avqust ayının 10-
da qəbul etmişdi.
Azərbaycan parlamentinin 1918-ci il 
18 avqust tarixli qanununa əsasən, qa-
çaqmalçılıqla mübarizə, ölkə  ərazisini 
qeyri-qanuni ticarətdən qorumaq 
məqsədilə Azərbaycanın sərhədlərində 
99 gömrük postu yaradılmış və burada 
992 gömrük işçisi keşik çəkmişdi.
Aprel işğalı digər sahələrdə olduğu 
kimi, gömrük sistemində də işlərin başa 
çatdırılmasına imkan vermədi. SSRİ 
dövründə Azərbaycanda gömrük sis-
temi mövcud olmamışdır. Bu iş yalnız 
ittifaq orqanları tərəfindən həyata keçi-
rilirdi.
Azərbaycan   öz dövlət   müstəqilli-
yini bərpa etdikdən az sonra - 1992-ci 
il yanvar ayının 29-da müstəqil gömrük 
sisteminin  əsası qoyulmuş  və yanvar 
ayının 30-da Dövlət Gömrük Komitəsi 
(DGK) yaradılmışdır. 
Komitə ötən müddət  ərzində sürətli 
inkişaf yolu keçmiş, ölkədə dünya stan-
dartlarına uyğun gömrük xidməti forma-
laşmışdır. Lakin Azərbaycan gömrüyü, 
iqtisadiyyatın digər sahələri kimi, yalnız 
ulu öndər Heydər Əliyevin hakimiyyətə 
qayıdışından sonra yenidən qurularaq 
həyata keçirilən irimiqyaslı  tədbirlər 
və geniş kadr islahatları  nəticəsində 
təşəkkül tapmağa başlamışdır. Qısa za-
man kəsiyində respublikanın iqtisadi 
suverenliyi və təhlükəsizliyinin etibarlı 
təminatçısı kimi formalaşan Azərbaycan 
Gömrük Xidməti bu gün ölkə prezi-
denti İlham Əliyevin diqqət və qayğısı 
nəticəsində dünya standartlarına cavab 
verən modern dövlət təsisatına çevril-
mişdir.
Bu günün gömrük işçilərinin peşə 
bayramı günü kimi qeyd edilməsi də 
məhz cənab Heydər  Əliyevin adı ilə 
bağlıdır. Belə ki, Ulu Öndərin 1997-ci il 
yanvar ayının 10-da imzaladığı müvafiq 
Sərəncama əsasən, yanvarın 30-u Göm-
rük işçilərinin peşə bayramı günü elan 
olunmuşdur.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin