28
Tarixdə bu gün
Yeni il
Y
ANV
AR
Yeni il bayramı dünyanın müxtəlif
xalqları üçün ənənəvi bayrama çev-
rildiyi kimi, Azərbaycanda da insan-
ların məişətinə daxil olmuşdur. Bəzi
fərziyyələrə görə Yeni ili ilk dəfə qədim
çinlilər qeyd etmiş, digər mənbələrdə
bu, qədim germanlar və romalıların adı
ilə bağlanmışdır. Başqa bir mənbə isə
ənənənin Mesopotamiyada yarandığını
sübut etməyə cəhd etmişdir.
Sonuncu mənbəyə görə bayramın
yaranmasının azı 25 əsrlik tarixi var.
Tarixçi alimlərin fikrincə, martın axı-
rında Dəclə və Fərat çaylarında suyun
səviyyəsi artanda əkin-biçin işləri başla-
yarmış və məhz həmin dövrdə insanlar
yeni ilin gəlişini qeyd edərmişlər. Dünya
xalqlarının böyük əksəriyyəti yeni ilin
başlanğıcını dekabrın 31-dən yanvarın
1-nə keçən gecə qeyd edirlər. Dünyanın
hər yerində bütün insanlar Yeni ili yeni
ümidlərlə - xoş möcüzələr, yeni uğurlar,
xoşbəxtlik arzusuyla gözləsələr də bay-
ramı hərə öz adət-ənənəsinə uyğun qar-
şılayır. Bu günü bayram etməklə insan-
lar hesab edirlər ki, bütün uğursuzluq
və kədərli anlar köhnə ildə qalır, yeni il
yeni arzular və ümidlər gətirir.
Təzə ilin yanvarın 1-dən hesab olun-
ması xristianlığın tarixi ilə də bağlıdır.
Rəvayətə görə, xristian dininin yara-
dıcısı, dekabr ayının 24-də anadan ol-
muş İsa peyğəmbərin şərəfinə xristian-
lar bu günü Milad bayramı kimi qeyd
edirlər. Milad bayramının əsasında isə
hər il qış günəş duruşu zamanı (21-25
dekabr) “xilaskar allahın doğulması”
ilə əlaqədar keçirilən qədim bütpərəst
mərasimi dayanmışdır. Bu bayram 431-
ci ildə qanuniləşdirilmiş və hazırda bi-
zim istifadə etdiyimiz təqvim də məhz
miladi təqvimə əsaslanır. Bu təqvimə
əsasən yeni il yanvar ayının 1-dən baş-
lanır.
Yeni ilin rəmzlərindən biri də Şaxta
babadır. Şaxta babanı müxtəlif ölkələrdə
müxtəlif cür adlandırırlar. Məsələn,
ABŞ-da və Avstraliyada o, Santa Klaus,
Rusiyada-Ded Moroz, Türkiyədə - Noel
baba, Avstriyada-Silvestr, Britaniyada
- Milad baba, Yunanıstanda Müqəddəs
Vasili adlanır.
Bütün hallarda Şaxta baba uşaqla-
rın sevimlisidir. Yeni il gecəsində onlar
evlərə heç vaxt əliboş gəlmirlər. Torba-
larındakı müxtəlif hədiyyələrlə uşaqları
sevindirirlər.
Dekabrın 31-i gecəsi insanlar bayram
süfrəsi ətrafında toplaşır, həmişəlik vi-
dalaşdıqları ilin son anlarında musiqini
dayandıraraq sükut içərisində saat 12.00
gözləyirlər. İlin başa çatdığını göstərən
saat zənginin təntənəli sədaları altın-
da sağlıqlar söyləyir, sonra isə şampan
şərabı ilə dolu qədəhləri toqquşduraraq
yeni ildə bir-birinə xoş günlər və sağ-
lamlıq arzulayırlar.
Dostları ilə paylaş: