26
Kimya.Biologiya.Tibb
Nemət Qasımov
1940
Y
ANV
AR
Nemət Abbasəli oğlu Qasımov 1940-
cı il yanvar ayının 27-də Naxçıvan Mux-
tar Respublikasının
Babək rayonunun
Didivar kəndində anadan olmuşdur.
1963-cü ildə ADU-nun biologiya
fakültəsini fərqlənmə diplomu ilə bitir-
mişdir.
N.A.Qasımov 1963-1966-cı illərdə
ADU-nun “Bitki fiziologiyası” kafed-
rasının aspirantı olmuş, 1967-ci ildə
namizədlik, 1975-ci
ildə doktorluq dis-
sertasiyası müdafiə etmiş, 1980-ci ildə
professor adı almışdır.
N.A.Qasımov xlor ionunun bitkiyə
daxil olmasının kinetik qanunauyğun-
luqları və bitkilərin duzla intoksikasi-
yasının “Enerji aclığı” konsepsiyasının
müəllifidir və bu barədə 1975-ci ildə
Leninqradda (indiki Sankt-Peterburqda)
keçirilən
XII Beynəlxalq Botanika
konqresində məruzə ilə keçmiş SSRİ-ni
təmsil etmişdir.
O, Azərbaycan EA-nın Botanika İns-
titutunda elmi işçi, BDU-nun Biologiya
fakültəsinin dekanı (1978-1988-ci illər)
vəzifəsində çalışmışdır. Hal-hazırda
BDU-nun “Bitki fiziologiyası” kafedra-
sının müdiridir.
N.A.Qasımov 1991-ci ildə ABŞ-ın Şi-
mali İllinoys
Universitetinə dəvət olun-
muşdur. Həmin universitetdə professor
N.A.Qasımov 40 gün müddətində elmi-
pedaqoji ezamiyyətdə olmuş,
professor-
müəllim və tələbələrlə görüşlər keçirmiş,
universitetin elmi seminarlarında “Duz
tənəffüsü” mövzusunda geniş məruzə
ilə çıxış etmişdir. Onun Türkiyə, Rusi-
ya, Bolqarıstan, Qazaxıstan, Ukrayna,
Özbəkistan və digər ölkələrdə 100-dən
çox elmi əsəri, dərslik və monoqrafiya-
ları çap edilmişdir.
N.A.Qasımov 7
dissertasiya işinə
elmi rəhbərlik etmiş, onlarla dissertasi-
ya işinin rəsmi opponenti olmuşdur. Ha-
zırda onun rəhbərliyi ilə bir neçə tələbə
(bunlardan 3 nəfəri İran İslam
Respub-
likasındandır) dissertasiya mövzuları
üzərində tədqiqatlarını davam etdirirlər.
N.A.Qasımov BDU-nun və biologi-
ya fakültəsinin Elmi Şuralarının, “Bakı
Universitetinin Xəbərləri” elmi jurnalı-
nın redaksiya heyətinin üzvüdür.
Professor 1986-cı ildə ABŞ-ın İlli-
noys EA-nın həqiqi üzvü seçilmişdir.
O, İngiltərə-Kembric Beynəlxalq Bi-
oqrafiya Mərkəzinin Direktorunun Av-
ropa üzrə nümayəndəsi (1998), ABŞ-
ın Bioqrafiya İnstitutunun
səlahiyyətli
nümayəndəsidir (1998).
Professor N.A.Qasımov “Qızıl hey-
kəl” (ABŞ Bioqrafiya İnstitutu-1998),
“Qızıl ulduz” (İngiltərə-Kembric BBM-
1998), “XX əsrin 2000 görkəmli ada-
mı” diplomu və gümüş medalı (1997),
Kembric BBM Baş Direktorunun Av-
ropa üzrə səlahiyyətli nümayəndəsinin
diplomu və gümüş medalı (1998) ilə
təltif edilmişdir.
Professor N.A.Qasımov 2000-ci ildə
Azərbaycan Respublikasının “Əməkdar
elm xadimi” fəxri adına
layiq görülmüş-
dür.
Dostları ilə paylaş: