288
Tarixdə bu gün
Xocavənd rayonunun işğalı günü
1992
OKTY
ABR
Ərazisi: 1458 km²
Əhalisi: 41725 nəfər
İşğal tarixi: 02.10.1992
Xocavənd rayonunun erməni
qəsbkarları tərəfindən işğalından
23 il ötür.
Azərbaycan Respublikasının
26 noyabr 1991-ci il tarixli Qa-
nununa əsasən Dağlıq
Qarabağ
Muxtar Vilayəti ləğv edilmiş,
Martuni şəhəri Xocavənd şəhəri,
Martuni rayonu Xocavənd ra-
yonu adlandırılmışdır. Hadrut
rayonu isə ləğv edilərək ərazisi
Xocavənd
rayonunun tərkibinə
verilmişdir.
Ərazisi alçaq dağlıq və
düzənlikdən ibarət olan Xocavənd
rayonunun ümumi sahəsi 1458
km², əhalisi 41725 (o cümlədən
azərbaycanlılar-10.648) nəfər
olmuşdur. Rayonda 1 şəhər
(Xocavənd şəhəri-rayon məkəzi),
2 iri qəsəbə (Qırmızı Bazar və
Hadrut), 81 kənd vardı.
Olduqca
əlverişli coğra-
fi mövqeyə və şəraitə ma-
lik
Xocavənd rayonu Ağdam,
Ağcabədi, Füzuli, Cəbrayıl, Qu-
badlı, Laçın, Şuşa, Xocalı rayon-
ları ilə həmsərhəddir.
Qədim yaşayış məskənlərindən
sayılan Xocavəndin ərazisi təbii
sərvətlərlə - tikinti materialları
və faydalı qazıntılarla, meşə zo-
laqları və şirin su ehtiyatları ilə
zəngindir. Dəniz səviyyəsindən
900 metr hündürlükdə yerləşən,
uzunluğu 190 metr olan Azıx ma-
ğarası Xocavəndin
Füzuli rayo-
nuna yaxın, Azıx kəndinin 1 kilo-
metr cənub-şərqində yerləşir.
1988-ci ilin fevralından baş-
layan Qarabağ müharibəsində
Xocavənd rayonu 145 şəhid ver-
miş, 3600 uşaq zərər çəkmişdir.
2 oktyabr 1992-ci il tarixində
Xocavənd rayonu Ermənistan Si-
lahlı Qüvvələri tərəfindən işğal
olunmuşdur.
İşğal
nəticəsində Xocavənddə
71 arxeoloji-memarlıq abidəsi, 41
klub, 40 kitabxana, 12 ziyarətgah,
10 məktəbəqədər müəssisə, 21
səkkizillik məktəb məhv edilmiş-
dir. İşğal altında
olan Xocavəndin
ərazisi bütövlükdə ekoloji ter-
rora məruz qalmış, Azıx mağa-
rasını ermənilər silah anbarına
çevirmişlər.
Rayonun ərazisində yerləşən
və ümumi sahəsi 25,5 min hek-
tar olan meşədəki palıd ağacla-
rı qırılaraq daşınmış, Xonaşen
çayının kənarlarında
bitən təbii
meşə isə tamamilə məhv edil-
mişdir. Xocavəndin Yelli Gədik
sahəsində Füzuliyə gedən yolun
sağ və sol tərəflərində avtomobil
yollarının mühafizəsi məqsədilə
əkilən ağaclar da kəsilmişdir.
Dostları ilə paylaş: