289
Tarixdə bu gün
Dövlət Müstəqilliyi Günü
1994
OKTY
ABR
Azərbaycan bir əsrdə iki dəfə
müstəqillik əldə etmək, özünün su-
veren dövlətini yaratmaq imkanı qa-
zanmışdı.
Təəssüf ki, birinci imkan
xarici müdaxilə, daxili çəkişmələr
və beynəlxalq təminatın olmaması
səbəblərindən itirilmişdi.
1918-ci ildə qurulmuş Azərbaycan
Xalq Cümhuriyyəti cəmi 23
ay yaşa-
mışdı. İkinci tarixi imkan bir də 70
il sonra yetişmiş, Sovet imperiyası-
nın dağılması Azərbaycan xalqına
öz milli müstəqilliyini bərpa etmək
imkanı vermişdi.
1991-ci il oktyabr ayının 18-də
Azərbaycan Respublikası Ali So-
vetinin sessiyasında “Azərbaycanın
dövlət müstəqilliyi haqqında Kons-
titusiya Aktı” qəbul olunmuşdur.
Bu mühüm tarixi sənədlə xalqımız
uzun illərdən bəri həsrətində olduğu
azadlığına qovuşmuş,
bununla da,
Azərbaycanın tarixində yeni dövrün
başlanğıcı qoyulmuşdu.
Azərbaycan Respublikasın-
da 1991-ci il dekabr ayının 29-da
ümumxalq səsverməsi keçirilmiş,
Azərbaycan xalqı yekdilliklə res-
publikanın dövlət müstəqilliyinə
tərəfdar çıxmışdı.
Müstəqilliyi elan edilmiş Azər-
baycan Respublikası çox
mürəkkəb
tarixi şəraitdə fəaliyyət göstərməyə
başlamışdı. Onun müstəqilliyini
dünya dövlətləri tanımışdır.
Azərbaycan Respublikasını ilk ola-
raq 1991-ci il noyabr ayının 9-da
Türkiyə Cümhuriyyəti, sonra Rumı-
niya (11 dekabr 1991), Pakistan (13
dekabr 1991), İsveçrə (23 dekabr
1991), İran (25 dekabr 1991), ABŞ
(23 yanvar 1992), Rusiya (10 aprel
1992) və b. dövlətlər tanımışdılar.
Azərbaycanın
BMT-yə üzv
qəbul olunması ilə (2 mart 1992)
onun beynəlxalq aləmdə de-fakto
tanınmasına başlanmışdı. Lakin
müstəqilliyini qazandıqdan iki il
sonra xalqımız yenidən onu itirmək
təhlükəsi ilə üzləşmişdi.
Bir tərəfdən
Ermənistan silahlı qüvvələrinin
təcavüzü nəticəsində geniş miqyas
almış Birinci Qarabağ müharibəsi,
digər tərəfdən dövlət rəhbərliyində
olan səbatsız, səriştəsiz adamla-
rın yeritdikləri
səhv siyasət və
daxildə gedən siyasi çəkişmələr,
separatçılıq hərəkatı müstəqilliyin
beşiyindəcə boğulması təhlükəsini
reallaşdırmışdı. Lakin böyük siyasi
təcrübəyə malik olan ümummilli li-
der, cənab Heydər Əliyevin ölkədə
hakimiyyətə qayıdışı ilə bu
təhlükə
sovuşmuşdu.
1994-cü ilin 15 oktyabr tarixindən
etibarən Azərbaycan Respublika-
sı Prezidentinin Fərmanı ilə 18
Oktyabr tarixi Dövlət Müstəqilliyi
Günü kimi qeyd edilir.
Dostları ilə paylaş: