350 Milli ədəbiyyat Xətib Təbrizi 1030-1109 985 illiyi 2015 Əbu Zəkəriyyə Yəhya İbn Əli İbn
Məhəmməd İbn Həsən İbn Məhəmməd
İbn Musa İbn Bistam əl Şeybani 1030-
cu ildə Təbriz şəhərində doğulmuş-
dur. Lakin o özünü Xətib Təbrizi kimi
təqdim etmişdir.
Ərəb ədəbiyyatının ən məşhur si-
malarından biri Əbül-əla-əl Məərri ya-
nında təhsil almışdır. Tarixçilər Əbül-
əlanın yanında təhsilini bitirdikdən
sonra Xətibin müxtəlif Şərq ölkələrində
dövrünün məşhur alimlərinin yanında
da biliyini artırdığını yazırlar.
Oxumaq həvəsi onu Suriyaya çəkib
aparmışdır. O, burada tanınmış ərəb
alimlərindən ilahiyyat, leksikoqrafiya
və poetika dərsləri almışdır. 1064-cü
ildə Xətib Dəməşqə getmiş və burada
onun tanınmış tarixçi Xətib Bağdadi
(1002-1071) ilə dostluğu başlamışdır.
Bundan sonra Misirə yola düşən Təbrizi
orada saray alimi Tahir ibn Babaşazdan
ərəb qrammatikasını öyrənmişdir.
1067-ci il sentyabr ayının 22-də
Bağdadda türk-səlcuq hakimlərinin
vəsaiti hesabına məşhur vəzir, iranlı
Nizamülmülkün şərəfinə “Nizamiyyə”
adlandırılan və sonralar bütün Şərqdə
şöhrət tapan mədrəsə açılmışdır. Xətib
Təbrizi “Nizamiyyə” mədrəsəsinin açı-
lış günündən ömrünün sonuna qədər,
təxminən 40 il burada filologiyanı
tədris etmiş, mədrəsədəki məşhur ki-
tabxananın təşkilatçısı və rəhbəri ol-
muşdur. Azərbaycan kitabxanaçılığının
inkişafında misilsiz xidmətləri olmuş
şəxsiyyətlərdən biri olmuşdur.
Xətib yaradıcılığında əsas fəaliyyət
sahəsi ədəbiyyatşünaslıq idi. Bu möv-
zuya o, iyirmiyə yaxın risalə həsr et-
mişdir. Bundan başqa Xətib Təbrizi
“Qurana dörd-cildlik şərhlər”in, ədəbi
əsərlərin və leksikoqrafiyaya, qrammati-
kaya, habelə ərəb poetika nəzəriyyəsinə
dair bir sıra risalələrin müəllifidir.
Məhəmmədəli Tərbiyət onun ərəb
ədəbiyyatına həsr olunan əsərlərinin
əhəmiyyətini qiymətləndirərək Xətib
Təbrizini ərəb dilinin “anası” adlandı-
rır.
Xətib Təbrizi 1109-cu il yanvar
ayının 3-də vəfat etmiş, “Bab Abraz”
qəbiristanlığında dəfn edilmişdir.
Xətib Təbrizinin Təbriz şəhərində
zəngin şəxsi kitabxanası olmuşdur. İlk
Azərbaycan ədəbiyyat nəzəriyyəçisi
kimi tanınan Xətib Təbrizi Ə.Müərrinin
yanına gedərkən hədiyyə olaraq ərəb
aliminə şəxsi kitabxanasından bir neçə
kitab da aparmışdır. O, Bağdadda dəfn
edilərkən həmin kitabların (17 adda) və
bütün əsərlərinin sərgisi təşkil edilmiş-
dir.
Xətib Təbrizinin əlyazmaları bir
çox tanınmış muzey və kitabxanalarda
saxlanır. Bunlardan ən qiymətlisi, şai-
rin özü tərəfindən üzü köçürülmüş və
Tunis milli kitabxanasında saxlanan
şərhin əlyazmasıdır. Həmin şərh şair
Müfəzzəl Dabinin “Müfəzzəliyyat”
adlı antologiyasına yazılmışdır.