Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə453/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   449   450   451   452   453   454   455   456   ...   484
İ n t e r n e t d ə
www..anl.az
www.az.wikipedia.org
Ədəbiyyatşünas


351
Milli ədəbiyyat
225 
illiyi
                                                         
Heyran xanım Dünbüli
1790-1860   
2015
Heyran xanım Kərim xan qızı Dün-
büli 1790-cı ildə Naxçıvanda Dünbuli 
Kəngərli xanları ailəsində doğulmuş-
dur. Naxçıvanda təhsil almış,  ərəb və 
fars dillərini, klassik Azərbaycan və 
fars  ədəbiyyatını öyrənmişdir. XIX 
əsrin  əvvəllərində Rusiya-İran toq-
quşmaları dövründə çoxlu xoylu nax-
çıvanlılar ilə birlikdə onun da ailəsi 
Naxçıvandan  İrana köçürülmüşdür. 
Füzuli ədəbi məktəbinin davamçıların-
dan, klassik Azərbaycan poeziyasının 
tanınmış nümayəndələrindəndir.
Azərbaycan və fars dillərində, 
əsasən, aşiqanə  şeirlər yazmışdır. 
Rudəki,  İzzəddin Həsənoğlu, Sədi  Şi-
razi, Hafiz  Şirazi,  İmadəddin Nəsimi, 
Əlişir Nəvai, Məhəmməd Füzuli, Qöv-
si Təbrizi və başqa  şairlərə  nəzirələri 
var.  Əruzun heca vəzninə yaxın 
bəhrlərində, sadə xalq dilində yazmış-
dır. Bəzi şeirləri şifahi xalq ədəbiyyatı 
nümunələrinə yaxındır.  Əsərlərinin 
3  əlyazması (Bakı, Tehran və Tbili-
si nüsxələri) məlumdur; bunlardan ən 
mükəmməli  şairənin sifarişi ilə ya-
zılmış Bakı nüsxəsidir. Həmin nüsxə 
Azərbaycan Respublikası  Əlyazmalar 
İnstitutunda saxlanılır.
Doğma yurdundan və yaxın adam-
larından ayrı düşən Heyran xanımın 
həyatı  kədərli keçmişdir. O, həmişə 
zəmanədən, adamların vəfasızlığından, 
özünün qürbətdə tək-tənha qalmasından 
gileylənmiş, yaşadığı  Təbriz  şəhərini 
“guşeyi-zindan” adlandırmışdır. Ömrü 
iztirablar içində keçən şairənin gənclik 
təravəti və gözəlliyi tez solmuş, zahirən 
tamam qocalmışdır.
Şairənin ömrünün sonları daha 
kədərli keçmişdir. Ailə ixtilafları  və 
narazılıqları onun iztirablarını daha 
da çoxaltmış, dərd-qəmini artırmışdır. 
Təbii ki, bunlar ona ağır təsir göstərmiş, 
getdikcə  səhhəti pisləşmişdir. Heyran 
xanım 1848-ci ildə Təbrizdə  vəfat et-
miş və orada dəfn olunmuşdur.
Yaradıcıllığında klassik poeziya 
üslubunu davam etdirən Heyran xa-
nım  əsərlərini  İmadəddin Nəsimi, 
Məhəmməd Füzuli, Əlican Qövsi kimi 
klassik Azərbaycan  şairlərinin  ədəbi 
təsiri ilə yazmışdır.
Təmiz, insani məhəbbətin tərən-
nümü, ayrılıq dərdi, hicran aləmi, 
vüsal arzusu onun şeirlərinin  əsas 
mövzusudur. Böyük sələflərinin yara-
dıcıllıq yolunu davam etdirən Heyran 
xanım gözəlliyi ehtirasla tərənnüm edir, 
müasirlərini mənəvi-əxlaqi təmizliyə 
çağırır. Şairənin fikrincə həqiqi gözəllik 
ağılla ölçülür. Gözəlliyin birinci meya-
rı ağıldır. Camalı gözəl olanların ağlı, 
kamalı da gözəl olmalıdır.
İstedadlı şairənin əsərləri janr, üslub, 
bədii sənətkarlıq keyfiyyətləri baxımın-
dan zəngindir. O, klassik poeziyyanın 
qəzəl, müxəmməs, müstəzad, rübai, 
tərcibənd janrlarında, habelə  məsnəvi 
formasında  əsərlər yaratmış, lirik 
qəhrəmanın daxili aləmini, sevinc və 
kədərini dərindən açmaq üçün təşbeh, 
istiarə, təzad, təkrir, mübaliğə kimi 
bədii təsvir və ifadə vasitələri işlətmiş, 
ədəbiyyatımızı yeni keyfiyyətlərlə 
zənginləşdirmişdir.
Heyran xanım 1860-cı ildə vəfat et-
mişdir. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   449   450   451   452   453   454   455   456   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin