353
2015
Folklor
80
illiyi
Narınc Xatun
1930-2007
Cəfərova Narınc Əvəz qızı 1930-cu
ildə Neftçala rayonunda anadan olmuş-
dur.
Böyük yaradıcılıq əzminə, güc-
lü hafizəyə malik olan Narınc Xatun
ilk şeirlərini hələ orta məktəb illərində
yazmağa başlamışdır. Şeirləri “Okt-
yabr bayrağı” adlı rayon qəzetində,
“Azərbaycan“ və “Azərbaycan qadı-
nı” kimi mərkəzi mətbuat orqanlarında
dərc olunmuş, respublika radiosunun
“Gənclik”, “Xalq yaradıcılığı-Bulaq”
verilişlərində səslənmişdir.
Narınc Xatun görkəmli el sənətkarı
Mikayıl Azaflı ilə birlikdə müasir dövrdə
analoqu olmayan 3 hissədən ibarət
“Azaflı və Narınc Xatun“ dastanını ya-
ratmışdır.
1982-ci ildə dastanın bir qolu Xalq
artistləri Əlabbas Qədirov, Amalya
Pənahova və Mikayıl Mirzənin ifasında
respublika radiosunda səslənmişdir.
Aşıq yaradıcılığına olan böyük həvəsi
N.Xatunda qadın aşıq və şairlərdən ibarət
“Aşıq Pəri Məclisi” yaratmaq fikri oyat-
mışdır. Azərbaycanı, eləcə də Borçalı və
Göyçə mahallarını el-el dolaşaraq aşıq
üslubunda yazan şairələri öz ətrafına
toplamış, nəhayət, 1984-cü ildə 22 sent-
yabrda Yazıçılar İttifaqının “Natəvan
klub”unda “Aşıq Pəri məclisi”nin ilk
təqdimat mərasimi keçirilmişdir.
Ötən illər ərzində “Aşıq Pəri Məclisi”
böyük yaradıcılıq yolu keçmiş, ölkəmizin
hüdudlarından kənarda - Türkiyədə,
İranda, Gürcüstanda, Dağıstanda, özünə
saysız-hesabsız dinləyici məhəbbəti qa-
zanmışdır.
N.Xatunun təşəbbüsü ilə 1988-ci ildə
Cəbrayıl rayonun Maralyan kəndində
Aşıq Pərinin məzarının üstü abadlaşdı-
rılmışdır.
1993-cü ildə N.Xatun Mədəniyyət
Nazirliyinin köməyi ilə Aşıq Pərinin
180-illik yubileyinin yüksək səviyyədə
keçirilməsini təşkil etmişdir.
N.Xatun keçmişdə yazıb yaratmış
qadın şairələrin və məclis üzvlərinin
şeirlərindən ibarət “El şairləri və aşıqları”
kitabının tərtibçilərindən biridir. O, gənc
aşıq qızların I Respublika Müsabiqəsinin
keçirilməsi ilə bağlı təşəbbüs qaldırmış
və onun Tovuz şəhərində keçirilməsinə
nail olmuşdur. Böyük müvəffəqiyyətlə
keçən müsabiqənin təşəbbüskarı və
təşkilatçısı kimi Mədəniyyət Nazirliyi-
nin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Onun “Burla Xatun nəvəsiyəm”
adlı şeirlər kitabı 2004-cü ildə poeziya
sevərlərə ərmağan edilib. 2006-ci ildə
isə “Mən xalqımın aşiqiyəm” adlı ikinci
kitabı işıq üzü görüb.
Gördüyü əvəzsiz işin müqabilində
xalq tərəfindən sevilən, bütün ailələrin,
el-obanın arzu olunan qonağına
çevrilən N.Xatunun zəhməti dövlətin də
diqqətindən yayınmamışdır. O, 1993-
cü ildə Azərbaycan Respublikasının
“Əməkdar Mədəniyyət işçisi” kimi fəxri
ada layiq görülmüşdür.
2006-ci il oktyabr ayının 10-da Mah-
nı Teatrında Mədəniyyət və Turizm Na-
zirliyi xətti ilə N.Xatunun anadan ol-
masının 75 illik yubileyinin təntənə ilə
qeyd edilməsi də onun əməyinə verilən
qiymətdən xəbər verir.
Narınc Xatun 2007-ci ildə vəfat et-
mişdir.
Dostları ilə paylaş: